Yoldaşlıq oyunu: “Səbail” – “Sürix” (İsveçrə) 1:1

Yoldaşlıq oyunu: “Səbail” – “Sürix” (İsveçrə) 1:1

Yanvarın 12-dən etibarən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Səbail” bu gün Miracle Resort Otelin İdman Kompleksinin meydanında İsveçrənin “Sürix” komandası ilə yoldaşlıq oyunu keçirib. Oyun heç-heçə yekunlaşıb – 1:1. “Səbail”in heyətində Ağabala Ramazanov 37-ci dəqiqədə fərqlənib. Xatırladaq ki, toplanış çərçivəsindəki ilk yoldaşlıq oyununda “Səbail” Macarıstanın “Aqvital” komandasına 3:2 hesabı ilə qalib gəlmişdi.