Yoldaşlıq oyunu: “Səbail” – “Desna” (Ukrayna) 2:1

Yoldaşlıq oyunu: “Səbail” – “Desna” (Ukrayna) 2:1

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Səbail” Ukraynanın Premyer Liqa təmsilçisi “Desna” ilə yoldaşlıq oyunu keçirib. Əlverişsiz hava şəraiti ilə əlaqədar qarşılaşma, əvvəlcədən nəzərdə tutulduğu kimi, Miracle Resort Otelin İdman Kompleksinin meydanında deyil, Sidedəki “Arslan Zeki Demirci Sport Komplex”də baş tutub. Oyun komandamızın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Səbail”in qollarını 39-cu dəqiqədə Orxan Qurbanlı, 70-ci dəqiqədə isə Kevin Kubemba vurub. Qeyd edək ki, “Səbail” hazırlıq prosesi dövründə daha öncə Macarıstanın “Aqvital” (3:2) və İsveçrənin “Sürix” (1:1) komandaları ilə yoldaşlıq oyunu keçirib.