Fasilədən sonra ilk oyun: “Keşlə”nin qonağıyıq

Fasilədən sonra ilk oyun: “Keşlə”nin qonağıyıq

“Səbail” qış fasiləsindən sonra bu həftəsonu ilk oyununu keçirəcək. XV tur çərçivəsində fevralın 2-də komandamız
səfərdə “Keşlə” ilə qarşılaşacaq. “ASK Arena”da keçiriləcək oyun saat 19:00-da başlayacaq. Qarşılaşmanı FİFA referisi Rəhim Həsənov idarə edəcək:

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Mübariz Haşımov, Rauf Allahverdiyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Seymur Səlimli

“Keşlə” – “Səbail” oyunu CBC Sport kanalı vasitəsi ilə canlı yayımlanacaq. Xatırladaq ki, bu mövsüm Topaz Premyer Liqasında “Səbail” və “Keşlə” arasında I və II dövrədə keçirilmiş oyunlar eyni hesabla komandamızın xeyrinə başa çatıb – 2:1. İlk qarşılaşma III tur çərçivəsində avqustun 26-da “ASK Arena”da, ikinci görüş isə IX turda, oktyabrın 28-də Bayıl Arenada keçirilib.