3-cü dövrəyə 3 qollu start: 3-cü dueldə 3-cü qələbə

3-cü dövrəyə 3 qollu start: 3-cü dueldə 3-cü qələbə

Dövrələrarası fasilədən sonra “Səbail” bu gün ilk oyununu keçirib. Topaz Premyer Liqasının XV turu çərçivəsində komandamız “ASK Arena”da “Keşlə”nin qonağı olub. Qarşılaşmada hesab 14-cü dəqiqədə açılıb. Ruslan Qurbanovun cinah ötürməsindən sonra Kevin Kubemba dəqiq baş zərbəsi ilə rəqibi meydanın mərkəzinə dəvət edib. Hər iki komandanın cəhdlərinə baxmayaraq, ilk 45 dəqiqənin sonuna qədər başqa qol vurulmayıb.

İkinci hissənin startından 8 dəqiqə sonra Elvin Yunuszadə “Səbail”in heyətində keçirdiyi ilk rəsmi oyunda fərqlənməyi bacarıb. Oyunun yekun hesabını müəyyənləşdirən qolu isə 58-ci dəqiqədə Ağabala Ramazanov vurub – 3:0. Beləliklə, “Səbail” cari mövsüm Topaz Premyer Liqasında “Keşlə” ilə keçirdiyi üçüncü oyunda da qələbə qazanıb. Bu nəticədən sonra xallarının sayını 24-ə yüksəldən komandamız turnir cədvəlində 3-cü pillədəki yerini bir qədər möhkəmlədib.

2 fevral 2019. Saat 19:00. “ASK Arena”, 450 tamaşaçı
Baş hakim: Rəhim Həsənov
Baş hakimin köməkçiləri: Cəmil Quliyev, Mübariz Haşımov
Dördüncü hakim: Rauf Allahverdiyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi:
 Seymur Səlimli
Sarı vərəqələr: 
Vüsal İsgəndərli, 65 (qeyri-idman hərəkəti); Cabir Əmirli, 78 (qeyri-idman hərəkəti); Conatan Ayite, 90+3 (qeyri-idman hərəkəti)
Qollar: 
Kevin Kubemba, 14; Elvin Yunuszadə, 53; Ağabala Ramazanov, 58
Artırılan vaxt:
 I hissədə 1 dəq; II hissədə 4 dəq.

“Keşlə”

1. Kamran Ağayev (k)
19. Azər Salahlı
33. Tərlan Quliyev
8. Seymur Əsədov
(14. Andre Klennon, 45)
9. Amil Yunanov
(23. Conatan Ayite, 75)
3. Denis Silva
17. Samir Məsimov
(65. Cabir Əmirli, 75)
25. Con Kamara
32. Valeri Kutsenko
2. Sərtan Taşqın
11. Vüsal İsgəndərli

Ehtiyat oyunçular:
30. Davud Kərimi
18. Ruslan Əmircanov
10. Ruslan Nəsirli
93. Edvinas Girdvainis
66. Murad Qayalı
91. Nurlan Quliyev
95. Cavid Əliyev
90. Orxan Fərəcov

Baş məşqçi: Tərlan Əhmədov

“Səbail”

1. Aleksandr Rıbka
13. Şəhriyar Rəhimov
5. Vüqar Bəybalayev
14. Rahid Əmirquliyev (k)
11. Ruslan Qurbanov
(8. Yevgeni Koçuk, 70)
10. Ağabala Ramazanov
(18. Aqşin Qurbanlı, 72)
32. Elvin Yunuszadə
99. Jarjue Maudo
27. Emil Martinov
28. Kevin Kubemba
(88. Orxan Qurbanlı, 77)
7. Fəhmin Muradbəyli

Ehtiyat oyunçular:
25. Elxan Əhmədov
50. Fərhad Vəliyev
26. Kamal Qurbanov
4. Enrike Perilyo
3. Tamazi Tsetsxladze
17. Elçin Rəhimli
70. Urfan İsmayılov
19. Ruslan Hacıyev

Baş məşqçi: Aftandil Hacıyev