TPL “Bayıl Arena”ya “Səbail” – “Zirə” ilə qayıdır

TPL “Bayıl Arena”ya “Səbail” – “Zirə” ilə qayıdır

Topaz Premyer Liqasında qış fasiləsindən sonra “Səbail” ilk ev oyununu bu həftəsonu – bazar günü keçirəcək. Komandamız fevralın 10-da “Bayıl Arena”da “Zirə”ni qəbul edəcək. XVI turun “Səbail” – “Zirə” qarşılaşması saat 16:30-da başlayacaq. “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq oyunun rəsmi şəxslərini diqqətinizə çatdırırıq:

Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Akif Əmirəli, Rza Məmmədov
Dördüncü hakim: Nail Nağıyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Ramiz Mustafayev

Xatırladaq ki, bu mövsüm Topaz Premyer Liqasında “Səbail” və “Zirə” arasında I və II dövrədə keçirilmiş hər iki oyun heç-heçə yekunlaşsa da, I dövrədəki qarşılaşmadan sonra AFFA-nın İntizam Komitəsi tərəfindən “Zirə”yə texniki məğlubiyyət verilmişdi:

IV tur, 15 sentyabr
“Səbail” – “Zirə” 1:1 (3:0; +:-)

X tur, 4 noyabr
“Zirə” – “Səbail” 0:0