Bu tur liderin qonağıyıq

Bu tur liderin qonağıyıq

Topaz Premyer Liqasının XVIII turunda “Səbail” meydana nominal qonaq qismində çıxacaq. Komandamız “Bakcell Arena”da turnir cədvəlinin lideri “Neftçi” PFK ilə qarşılaşacaq. Orxan Məmmədovun idarə edəcəyi qarşılaşma 16:00-da başlayacaq və CBC Sport kanalı vasitəsi ilə canlı yayımlanacaq.

24 fevral (bazar)
“Neftçi” – “Səbail”
Bakcell Arena. Saat 16:00
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Elşad Abdullayev, Namiq Bəkirov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: İlham Əliyev

Xatırladaq ki, cari mövsüm TPL-də “Neftçi” ilə keçirilmiş hər iki oyunda “Səbail” məğlub olub. Sentyabrın 29-da keçirilmiş VI turun qarşılaşması 4:0, XII turdakı oyun isə 2:0 hesabı ilə “Nefçi”nin xeyrinə yekunlaşıb.