“Səbail” “Gənclik şəhəri” təmsilçisini qəbul edəcək

“Səbail” “Gənclik şəhəri” təmsilçisini qəbul edəcək

Martın 2-də “Səbail” Topaz Premyer Liqasının XIX turu çərçivəsində “Sumqayıt” komandası ilə qarşılaçacaq. “Gənclik şəhəri”nin təmsilçisi ilə “Bayıl Arena”da keçiriləcək oyun saat 16:00-da başlayacaq. Qarşılaşma CBC Sport kanalı vasitəsi ilə canlı yayımlanacaq. Oyunun rəsmi şəxslərinin təyinatını diqqətinizə çatdırırıq:

“Səbail” – “Sumqayıt”
Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Müslüm Əliyev, Ziya Nəsirov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Xatırladaq ki, bu mövsüm Topaz Premyer Liqasında “Səbail” və “Sumqayıt” komandaları arasında oyunlar aşağıdakı kimi nəticələnib:

VII tur, 5 oktyabr, “Bayıl Arena”
“Səbail”- “Sumqayıt” 2:0

XIII tur, 1 dekabr, “Kapital Bank Arena”
“Sumqayıt” – “Səbail” 1:0