Maykl Esyen “Bayıl Arena”da

Maykl Esyen “Bayıl Arena”da

UEFA Avropa Liqasının bu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final qarşılaşmasına hazırlıq kampaniyası çərçivəsində martın 3-də Bakıda təşkil olunmuş “Bakı 2019: Ulduzlar Finalı” adlı şou xarakterli oyunla əlaqədar ölkəmizə səfər edən ulduz futbolçulardan biri Maykl Esyen bu gün “Səbail”in qonağı olub. M.Esyen “Bayıl Arena”da “Səbail” PFK-nın məşqçi və futbolçu heyəti ilə görüşüb, klubumuzun Akademiyasının fəaliyyəti ilə tanış olub. “Səbail”in forması ulduz futbolçuya hədiyyə olunub. Görüşün sonunda Maykl Esyen dəvətə görə təşəkkürünü bildirərək klubumuzun kollektivinə gələcək fəaliyyətində uğurlar arzulayıb.