“…Düzgün qərar verdiyimə əmin oldum”

“…Düzgün qərar verdiyimə əmin oldum”

 

– 2011-ci ildən bu yana karyeranız Skandinaviya klubları ilə bağlı olub. Orada uzun müddət çıxış etməyiniz nə ilə bağlıdır?
– Peşəkar karyerama Nigeriyada başladım. Hələ gənc ikən Norveçə getdim. “Lil Strong” klubuna baxışa dəvət etdilər. Baxışda oldum və bir neçə gün məq etdim. Sonra agentim Danimarkanın “Brondbü” klubuna gətirdi, bir müddət məşqlər keçdim və 4 illik müqavilə bağladım. Lakin müqavilə imzaladıqdan 3 həftə sonra zədələndim. Müalicədən sonra əsas komandaya qayıtmaq çətin oldu. Klubla qarşılıqlı razılığa gələrək müqaviləmi pozdum. Ondan sonra mənə “Rəvan”dan təklif gəldi, 5 aydan çox orada oynadım. Öz üzərimdə çox çalışırdım. “Rəvan”dan sonra mənə bəzi klublardan təkliflər gəlsə də –bunların arasında “İnter (Bakı)”, “Xəzər Lənkəran”, “Neftçi” klubları da var idi – mən və agentim düşündük ki, digər Avropa klublarının təkliflərinə baxaq. 22 yaşım var idi və Danimarkanın 2-ci liqasında oynayan “Bronsoy” klubu ilə ilyarımlıq müqavilə imzaladım. Bir il orada oynadım və bombardir oldum. Sonra “Linqbi” komandasına keçdim. Əvvəlcə işlərim çox yaxşı gedirdi, amma sonra oynamaq şansım az olduğundan agentimlə belə qərara gəldik ki, icarə əsasında İsveçin “Frej” klubuna keçim. “Frej”də karyeramın bəlkə də ən yaxşı dövrünü keçirdim. Liqanın bombardiri oldum. 13 oyunda 12 qol, 7 qol ötürməsi… “Linqbi” ilə müqaviləm bitdi və azad oyunçu olaraq, “Dalkurt” klubuna keçdim. “Dalkurt”la 2,5 illlik müqavilə bağladım. Lakin 5 ay burada oynadıqdan sonra “Elfsborq” mənimlə maraqlandı və 5 günlük baxışa dəvət etdi. 3 günlük baxışdan sonra məşqçi heyəti məni çox bəyəndiklərini, transfer üçün nə lazımsa, edəcəklərini bildirdilər. “Dalkurt”un istəyəcəyi məbləği də ödəyəcəklərini dedilər. Beləliklə, “Elfsborq”a keçdim. Bu klubla 2 illik muqavilə imzaladım, burada da bombardir oldum. 1 il oynadıqdan sonra “Eksilstuna” komandasına qoşuldum. “Eksilstuna” ilə 2 illik muqavilə imzaladım. “Eksilstuna”da 4-5 oyun sonra qol vurdum, lakin bəzi zədələrim oldu. Həmin vaxt komandada olan başqa bir oyunçu həqiqətən çox yaxşı formada idi və mən yalnız 20-25 dəqiqə oynamaq şansı qazanırdım. Buna görə məşqçi ilə söhbət etdim və mənə gələn təklifləri dəyərləndirməyə başladım. Uzun müddət Skandinaviyada olduqdan sonra həyatımda yeni bir cığır açmaq istəyirdim. Norveçdən, Cənubi Afrikadan təklifimlərim var idi. Lakin Azərbaycana yenidən qayıtmaq istədim. Cünki buranı çox gözəl tanıyırdım. Azərbaycanda mənimlə daha iki klub maraqlanırdı. Lakin “Səbail”i seçdim. Çünki yeni yaranan klubdur, turnir cədvəlində mövqeyi yaxsıdır və bilirəm ki, burada məqsəd var. Kluba gələndən sonra düzgün qərar verdiyimə əmin oldum. Var gücümlə çalışacağam ki, klub öz hədəflərinə çatsın.

– Azərbaycanda çıxış etmişdiniz. 2014-cü ildə 11 oyunda meydana çıxdığınız “Rəvan”dakı 6 aylıq dönəmi necə xatırlayırsınız?
– “Rəvan”a gəldiyim vaxt, demək olar ki, komandanın aparıcı oyunçularından biri idim. Orada da məni çox yaxşı qarşıladılar. 6 ay – oynadığım müddət mənimçün çox yaxşı təcrübə oldu. Məşqçilər və oyunçular mənə güvənirdilər. Futbolda elə anlar olur ki, kədərlənirsən. Lakin həmin 6 ay mənim üçün çox yaxçı təcrübə oldu.

– Yenidən Azərbaycan klubunda çıxış etmək təklifi gələndə ilk olaraq nə düşündünüz?
– Agentim soruşdu ki, belə bir variant var, sən Azərbaycana, Bakıya yenidən getmək istərdinmi? Düşünmədən razılıq verdim. Çünki Bakını çox yaxşı tanıyıram. Bilirsiniz ki, ailəliyəm, iki övladım var. Bu şəhərə də yaxşı bələd idilər. “Səbail” klubu ilə bağlı təbii ki, mən də başqa futbolçular kimi araşdırma apardım, “Keşlə” ilə oyuna baxdım və ilk oyunda komandamız qalib gəldi. Komandamıza inanıram. Böyük məqsədlərimiz var. Hazırda Avropa Liqasına getmək şansımız mövcuddur. Komanda yoldaşlarımla birlikdə Avropa Liqası təcrübəsini yaşamaq istərdim.

– Çempionatımızda hansı dəyişikliklər diqqətinizi çəkdi? “Bayıl Arena” çoxmu dəyişib?
– Məncə, çempionat daha da inkişaf edib. “Bayıl Arena” ilə bağlı bir fərqi qeyd etmək istərdim ki, “Rəvan”da oynadığım dövrdə burada baza yox idi. Amma indi yeni və çox gözəl, hər cür şəraiti olan bazamız var. Bu da, komanda üçün çox müsbət bir haldır.

– Yeni klubunuzda ab-hava, təəssüratlarınız necədi?
– “Səbail”də əhval-ruhiyyə, komandadakı atmosfer çox müsbətdir, pozitivdir. Oyunçular məni çox yaxşı qarşıladılar. Komandaya yavaş-yavaş uyğunlaşmaqdayam. Burada ilk oyunum “Sabah”a qarşı oldu. 3 aydan sonra bu mənim ilk rəsmi oyunum idi və uğurlu start oldu – biz qalib gəldik. Bir komanda olaraq xarakterimizi, qələbəyə inamımızı göstərdik, istədiyimiz 3 xalı qazandıq. “Neftçi” ilə qarşılaşma isə çox inanılmaz oldu. Müdafiəilərimiz çox yaxşı oynadılar. Çox xoşbəxtəm ki, liderə qalib gəldik və gücümüzü göstərə bildik.

– “Səbail”ə tam uyğunlaşmağınız üçün nə qədər zamana ehtiyac var?
– Peşəkar futbolçu üçün uyğunlaşmaq asan olur. Bunun üçün mənə 1-2 ay vaxt lazım deyil. Peşəkar futbolçu klub üçün var gücünü ortaya qoymalıdır. Düşünürəm ki, futbolçu öz işinə peşəkarcasına yanaşmalıdır ki, uyğunlaşma qısa zamanda alınsın. Komanda ilə təlim-məşq toplanışı keçməməyim mənim üçün problem deyil. Cünki eyni vaxtda sabiq komandamla toplanışda olmuşam.

– Sizcə, “Səbail”in potensialı avrokuboklara vəsiqə qazanmağa imkan verirmi?
– Futbolda hər şey mümkündür. Hazırda turnir cədvəlində 3-cü yerdəyik. 1 və 2-ci yerdə olan komandalarla xal fərqimiz 8, 4-cü yerdə olan komanda ilə isə 6 xaldır. Hər bir oyunçumuza inanıram. Hədəflərimiz var, buna görə mübarizə aparırıq. Mövsümün sonunda hədəflərimizə catmaq üçün heç nə əsirgəmirik. İlin sonunda Avropa Liqasına vəsiqə qazanan komandalardan birinin “Səbail”ə olması üçün nə qədər gücümüz varsa, sərf edirik.