“Səbail” Qəbələyə gedir

“Səbail” Qəbələyə gedir

Topaz Premyer Liqasının XX turunda “Səbail” səfər oyununa yollanacaq. Komandamız martın 10-da “Qəbələ” ilə qarşılaşacaq. Qəbələ şəhər stadionunda saat 14:00-da oyun CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq. Oyunun rəsmi şəxslərinin təyinatını diqqətinizə çatdırırıq:

10 mart (bazar)
“Qəbələ” – “Səbail”
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Cavanşir Yusifov, Rövşən Rəcəbov
Hakim-inspektor: Fazil Mürşüdov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Xatırladaq ki, bu mövsüm Topaz Premyer Liqasında “Səbail” və “Qəbələ” komandaları arasında oyunlar aşağıdakı kimi nəticələnib:

I tur, 12 avqust, Qəbələ şəhər stadionu
“Qəbələ” – “Səbail” 3:0

XIV tur, 9 dekabr, Bayıl Arena
“Səbail” – “Qəbələ” 0:0