“Səbail” – “Qarabağ” oyununu Əliyar Ağayev idarə edəcək

“Səbail” – “Qarabağ” oyununu Əliyar Ağayev idarə edəcək

Topaz Premyer Liqasının XXI turu çərçivəsində “Səbail” sabah evdə “Qarabağ”ı qəbul edəcək. “Bayıl Arena”da saat 16:45-də keçiriləcək oyunun baş hakimi FİFA dərəcəli hakim Əliyar Ağayev olacaq. Qarşılaşma CBC Sport kanalı vasitəsi ilə canlı yayımlanacaq. Oyunun rəsmi şəxslərinin təyinatını diqqətinizə çatdırırıq:

“Səbail” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Namiq Hüseynov, Rəhim Həsənov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Nihad Məmmədov

Xatırladaq ki, bu mövsüm Topaz Premyer Liqasında “Səbail” və “Qarabağ” komandaları arasında oyunlar aşağıdakı kimi nəticələnib:

II tur, 18 avqust “Bayıl Arena”
“Səbail” – “Qarabağ” 0:2

VIII tur, 20 oktyabr, “Azersun Arena”
“Qarabağ” – “Səbail” 0:3