“Səbail” turu xalsız başa vurdu

“Səbail” turu xalsız başa vurdu

Topaz Premyer Liqasının XXIII turunda “Səbail” bu gün “Əlincə Arena”da “Sabah”la qarşılaşıb. Qarşılaşma 3:1 hesabı ilə meydan sahibi komandanın xeyrinə başa çatıb.
Oyunda hesab erkən açılıb. Hakimin start fitindən 2 dəqiqə sonra cərimə zərbəsindən havalandırılan topu Enrike Perilyo qapıdan keçirərək “Səbail”i hesabda önə çıxarıb – 1:0. Bundan düz yarım saat sonra “Sabah” cavab qolunu vurmağı bacarıb. Komandalar paltardəyişmə otağına hesabdakı bərabərliyin müşayiəti ilə yollanıb. İkinci hissədə meydan sahibləri daha 2 qol vuraraq qələbə qazanıblar – 3:1.