“Səbail” – “Neftçi” oyununu Səbuhi Bayramov idarə edəcək

“Səbail” – “Neftçi” oyununu Səbuhi Bayramov idarə edəcək

Topaz Premyer Liqasının XXIV turu çərçivəsində komandamız evdə “Neftçi”ni qəbul edəcək.
“Səbail” – “Neftçi” oyunu aprelin 14-də, saat 18:00-da “ASCO Arena”da başlayacaq. Qarşılaşmanın baş hakimi Səbuhi Bayramov olacaq.
Oyun CBC Sport kanalı vasitəsi ilə canlı yayımlanacaq.

“Səbail” – “Neftçi”
Baş hakim: Səbuhi Bayramov
Baş hakimin köməkçiləri: Knyaz Əmiraslanov, Nahid Əliyev,
Dördüncü hakim: Kamal Umudlu
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Nihad Məmmədov

Xatırladaq ki, bu mövsüm Topaz Premyer Liqasında “Səbail” və “Neftçi” arasında keçirilmiş oyunlar aşağıdakı kimi nəticələnib:

VI tur, 29 sentyabr “Bakcell Arena”
“Neftçi” – “Səbail” 4:0

XII tur, 25 noyabr “Bayıl Arena”
“Səbail“ – “Neftçi“ 0:2

XVIII tur, 24 fevral “Bakcell Arena”
“Neftçi” – “Səbail” 1:2