Qırmızı vərəqə, 2 qol, 3 xal!

Qırmızı vərəqə, 2 qol, 3 xal!

“Səbail” bu gün Topaz Premyer Liqasında növbəti qələbəsini qazanıb.
Komandamız XXV tur çərçivəsində “Kapital Bank” Arenada “Sumqayıt”ın qonağı olub. Oyunun birinci hissəsi “Səbail” üçün bir o qədər də uğurlu alınmayıb. 13-cü dəqiqədə Peyman Babayi uzaq məsafədən endirdiyi zərbə ilə hesabı açaraq meydan sahiblərini önə çıxarıb. Fasiləyə qədər tablodakı rəqəmlər bir daha dəyişməyib. İkinci hissəyə daha fəal başlayan futbolçularımız hesabda tarazlıq yarada bilib. 52-ci dəqiqədə Ağabala Ramazanov fərqlənib. Bundan 6 dəqiqə sonra “Səbail” azlıqda qalıb. Tome Kitanovski qarşısında ikinci sarı – qırmızı vərəqə görərək meydanı tərk etməli olub. Lakin bu da futbolçularımızı ruhdan salmayıb və “Səbail” qələbə qolunu vurmağı bacarıb. Rəqibi əks-hücumda yaxalayan komandamızın oyundakı ikinci qolunu Oke Apkoveta vurub.
Beləliklə, çətin səfər qarşılaşmasında 2:1 hesabı ilə qələbə qazanan “Səbail” 25 oyundan sonra 38 xal toplayaraq turnir cədvəlinin üçüncü pilləsindəki mövqeyini qoruyub.
“Səbail” Topaz Premyer Liqasında növbəti oyununu aprelin 27-də “ASCO Arena”da keçirəcək. Komandamızın rəqibi “Qəbələ” olacaq.

 

18 aprel 2019. Saat 16:45. “Kapital Bank Arena”, 1000 tamaşaçı
Baş hakim: Vüqar Həsənli
Baş hakimin köməkçiləri: Cəmil Quliyev, Pərvin Talıbov
Dördüncü hakim: Kamal Umudlu
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Elbrus Abbasov
Sarı vərəqələr: 
Arif Daşdəmirov, 19 (qeyri-idman hərəkəti); Xəyal Nəcəfov, 58 (qeyri-idman hərəkəti); Cavid Tağıyev, 63 (qeyri-idman hərəkəti); Elxan Əhmədov, 90+2 (oyunun bərpasını ləngitdiyinə görə) // Tome Kitanovski, 55 (qeyri-idman hərəkəti); 58 (hakimdən sarı vərəqə tələb etdiyinə görə)
Qırmızı vərəqə: 
Tome Kitanovski, 58
Qollar: Peyman Babayi, 14 // Ağabala Ramazanov, 52; Oke Akpoveta, 75
Artırılan vaxt: I hissədə – yoxdur.; II hissədə 5 dəq.

“Sumqayıt”

“Səbail”

1. Mehdi Cənnətov
4. Şəhriyar Əliyev
21. Arif Daşdəmirov
3. Vurğun Hüseynov (k)
10. Aleksey İsayev
7. Cavid Tağıyev
5. Adil Nağıyev
8. Peyman Babayi
(49. İbrahim Əliyev, 75)
97. Xəyal Nəcəfov
(60. Elvin Məmmədov, 63)
77. Murad Xaçayev
18. Süleyman Əhmədov
(22. Əfran İsmayılov, 81)
25. Elxan Əhmədov
13. Şəhriyar Rəhimov
5. Vüqar Bəybalayev
(4. Enrike Perilyo, 81)
14. Rahid Əmirquliyev (k)
10. Ağabala Ramazanov
32. Elvin Yunuszadə
33. Tome Kitanovski
27. Emil Martinov
(8. Yevgeni Koçuk, 46)
28. Kevin Kubemba
21. Oke Akpoveta
77. Ədilxan Qarəhmədov
(17. Elçin Rəhimli, 64)
Ehtiyat oyunçular:

12. Rəşad Əzizli
13. Aydın Bayramov
2. Rail Məlikov
17. Nicat Qurbanov
34. Elvin Bədəlov
15. Əmir Ağayev
9. Ehtiram Şahverdiyev
70. Ülvi İsgəndərov
74. Yusif Nəbiyev

Ehtiyat oyunçular:

50. Fərhad Vəliyev
20. Eltun Yaqublu
26. Kamal Qurbanov
88. Orxan Qurbanlı
11. Ruslan Qurbanov
9. İmanol İriberri
6. Maykl Esyen
18. Aqşin Qurbanlı
Baş məşqçi: Ayxan AbbasovBaş Məşqçi: Aftandil Hacıyev