Bu tur “Qəbələ”yə qarşı

Bu tur “Qəbələ”yə qarşı

Topaz Premyer Liqasının XXVI turu çərçivəsində “Səbail” bu tur evdə “Qəbələ”ni qəbul edəcək. “ASCO Arena”da 17:30-da başlayacaq oyun www.pfl.az saytı vasitəsilə canlı yayımlanacaq. Oyunu FİFA referisi Əliyar Ağayev idarə edəcək.

“Səbail” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Xatırladaq ki, bu mövsüm Topaz Premyer Liqasında “Səbail” və “Qəbələ” arasında keçirilmiş oyunlar aşağıdakı kimi nəticələnib:

I tur, 10 avqust “Qəbələ şəhər stadionu”
“Qəbələ” – “Səbail” 3:0

XIV tur, 12 sentyabr “Bayıl Arena”
“Səbail” – “Qəbələ” 0:0

XX tur, 9 mart “Qəbələ şəhər stadionu”
“Qəbələ” – “Səbail” 2:1