3-cü yer üçün vacib 3 xal!

3-cü yer üçün vacib 3 xal!

Topaz Premyer Liqasında mövsümün sonuna 3 tur qalmış “Səbail” növbəti vacib 3 xalı qazanıb.

XXVI turda komandamız bu gün “ASCO Arena”da “Qəbələ”ni qəbul edib. Oyuna yaxşı başlayan “Səbail” 25 dəqiqə ərzində iki dəfə qol vurmağa nail olub. 20-ci dəqiqədə Fəhmin Muradbəyli hesabı açıb. 5 dəqiqə sonra Ağabala Ramazanov rəqibi ikinci dəfə meydanın mərkəzinə dəvət edib. “Qəbələ” bu qollardan yalnız birinin əvəzinə çıxa bilib. 41-ci dəqiqədə Bəhlul Mustafazadə fərqlənib. Komandalar fasiləyə “Səbail”in 2:1 hesablı üstünlüyü ilə yollanıb. İkinci hissədə hər iki komandanın çoxsaylı cəhdlərinə baxmayaraq, hesab dəyişməyib.

Beləliklə, bu qələbədən sonra “Səbail” xallarını 41-ə çatdıraraq 3-cü pillədəki mövqeyini bir qədər də möhkəmləndirib.