Bu həftə liderə qarşı

Bu həftə liderə qarşı

Bazar günü – mayın 5-də “Səbail” növbəti çətin səfər oyununa çıxacaq. Komandamız XXVII turda Tofiq Bəhramov adına Respublika stadionunda çempionatın hazırkı lideri “Qarabağ”la qarşılaşacaq. Rövşən Rəcəbovun idarə edəcəyi qarşılaşma saat 18:00-da başlayacaq və CBC Sport kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Baş hakim: Rövşən Rəcəbov
Baş hakimin köməkçiləri: Knyaz Əmiraslanov, Nahid Əliyev
Dördüncü hakim: Rəşad Əhmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: İlham Əliyev

Xatırladaq ki, bu mövsüm Topaz Premyer Liqasında “Səbail” və “Qarabağ” arasında keçirilmiş oyunlar aşağıdakı kimi nəticələnib:

II tur, 18 avqust Bayıl Arena
“Səbail” – “Qarabağ” 0:2

VIII tur, 20 oktyabr Azersun Arena
“Səbail” – “Qarabağ” 3:0 (+:-)

XXI tur, 15 mart Bayıl Arena
“Səbail” – “Qarabağ” 1:2