Son səfər oyununda məğlubiyyət

Son səfər oyununda məğlubiyyət

Bu gün “Səbail” Topaz Premyer Liqasının cari mövsümündə son səfər oyununu keçirib. Komandamız XXVII tur çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ”la qarşılaşıb. Qarşılaşma 4:0 hesabl ilə meydan sahibi komandanın xeyrinə başa çatıb.

Məğlubiyyətə baxmayaraq, sonuncu – XXVIII turda “Keşlə” ilə oyunda qeydə alınacaq nəticədən asılı olmayaraq, “Səbail”in mövsümü 3-cü pillədə başa vuracağı dəqiqləşib. Hazırda komandamızın aktivində 27 oyundan sonra 41 xal var və sona 1 tur qalmış ən yaxın izləyicisi olan “Qəbələ”ni 5 xal qabaqlayır.