Mövsümün son oyunu

Mövsümün son oyunu

Topaz Premyer Liqasının XXVIII turu çərçivəsində komandamız evdə “Keşlə”ni qəbul edəcək.
“Səbail” – “Keşlə” oyunu mayın 11-də, saat 15:00-da “ASCO Arena”da başlayacaq. Qarşılaşmanın baş hakimi Səbuhi Bayramov olacaq.
Oyun CBC Sport kanalı vasitəsi ilə canlı yayımlanacaq.

“Səbail” – “Keşlə”
Hakimlər: Səbuhi Bayramov, Nahid Əliyev, Elşad Abdullayev, Namiq Bəkirov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov

Xatırladaq ki, bu mövsüm Topaz Premyer Liqasında “Səbail” və “Keşlə” arasında keçirilmiş oyunlar aşağıdakı kimi nəticələnib:

III tur, 26 avqust ASK Arena
“Keşlə” – “Səbail” 1:2

IX tur, 28 oktyabr Bayıl Arena
“Səbail” – “Keşlə” 2:1

XV tur, 2 fevral ASK Arena
“Keşlə” – “Səbail” 0:3