“Səbail” mövsümün son oyununu keçirib

“Səbail” mövsümün son oyununu keçirib

Bu gün Topaz Premyer Liqasının sonuncu – XXVIII turu çərçivəsində “Səbail” “ASCO Arena”da “Keşlə”ni qəbul edib. Qarşılaşma 4:1 hesabı ilə “Keşlə” komandasının xeyrinə başa çatıb. Beləliklə, komandamızın son oyunda məğlub olmasına baxmayaraq, mövsümü mükafatçılar sırasında başa vurub, bürünc medal sahibi olub.