YO: “Səbail” – “Lokomotiv” Plovdiv 0:1

YO: “Səbail” – “Lokomotiv” Plovdiv 0:1

İyunun 18-dən etibarən Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışında olan “Səbail” bu gün Bolqarıstanın “Lokomotiv” (Plovdiv) komandası ilə yoxlama oyunu keçirib. Oyun 1:0 hesabı ilə Bolqarıstan təmsilçisinin xeyrinə başa çatıb.

Xatırladaq ki, hazırlıq prosesi ərzində “Səbail” daha 3 yoxlama oyunu keçirəcək. Komandamız  “Beroe” (Bolqarıstan), “Clinceni” (Rumıniya) və “Makedoniya” (Şimali Makedoniya) komandaları ilə qarşılaşacaq.