“Səbail” – “Universitatea Craiova” oyununun biletləri artıq satışda

“Səbail” – “Universitatea Craiova” oyununun biletləri artıq satışda

UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində iyulun 11-də, saat 20:00-da, Bayıl stadionunda keçiriləcək “Səbail” – “Universitatea Craiova” (Rumıniya) oyununun biletləri satışa çıxarılıb. Qiyməti 1 və 3 manat olan biletləri iticket.az saytından və iTicket şirkətinin bütün satış məntəqələrində əldə edə bilərsiniz: https://iticket.az

Biletləri Heydər Əliyev Sarayının kassalarında, 28 Mall, Gənclik Mall, “ASAN Xidmət” Mərkəzlərində – 1 saylı Bakı “ASAN xidmət” mərkəzi, 2 saylı Bakı “ASAN xidmət” mərkəzi (Xətai rayonu), 3 saylı Bakı “ASAN xidmət” mərkəzi (Yasamal rayonu), 4 saylı Bakı “ASAN xidmət” mərkəzi (Bakıxanov qəsəbəsi) və Sumqayıt “ASAN xidmət” mərkəzlərində əldə etmək mümkündür.