“Səbail” – “Universitatea Craiova”: Mətbuat konfransı və açıq məşqlər

“Səbail” – “Universitatea Craiova”: Mətbuat konfransı və açıq məşqlər

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 11-də, saat 20:00-da, “ASCO Arena”da keçiriləcək “Səbail” – “Universitatea Craiova” (Rumıniya) oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtını diqqətinizə çatdırırıq:

10 iyul
“Səbail” FK
Saat 18:00. Mətbuat konfransı
Saat 18:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

“Universitatea Craiova” FK
Saat 19:30. Mətbuat konfransı
Saat 20:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Hər iki mətbuat konfransı və məşq oyunun keçiriləcəyi “ASCO Arena”da təşkil olunacaq.