Aftandil Hacıyev: “…Layiqli mübarizə apardıq”

Aftandil Hacıyev: “…Layiqli mübarizə apardıq”

UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində bu gün “ASCO Arena”da keçirilmiş “Səbail” – “Universitatea Craiova” oyunundan sonra komandamızın baş məşqçisi Aftandil Hacıyevin mətbuat konfransında səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq: “Gözlədiyimiz rəqibi gördük. Düşünürəm ki, oyun maraqlı alındı. Taktiki baxımdan xeyli gedişlər oldu. Rəqib bizdən bir sıra komponentlərdə irəlidədir. Buna baxmayaraq, layiqli mübarizə apardıq. Futbolçular tapşırıqları yerinə yetirməyə çalışdılar. Ancaq rəqib düşərgədə yer alan futbolçuların fərdi keyfiyyətləri özünü göstərdi. Rəqib pressinq edən komandadır. Səfər oyunumuz daha çətin olacaq. Artıq bugünkü oyunu unudub səfər qarşılaşması barədə düşünmək, həmin oyuna hazırlaşmaq lazımdır”.