Aftandil Hacıyev: “…Mərhələni keçən tərəf biz də ola bilərdik”

Aftandil Hacıyev: “…Mərhələni keçən tərəf biz də ola bilərdik”

UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində bu gün keçirilmiş “Universitatea Craiova” – “Səbail” oyunundan sonra təşkil olunmuş mətbuat konfransında komandamzın baş məşqçisi Aftandil Hacıyevin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq: “Möhtəşəm futbol gecəsi yaşadıq. Hətta deyərdim ki, ilk oyunla müqayisədə bugünkü qarşılaşma daha maraqlı alındı. Rəqib daha keyfiyyətli oyunçulara, daha üstün büdcəyə sahibdir. Futbolçularıma layiqli oyun münasibətilə təşəkkür edirəm. Xırda səhvlərə yol verməsəydik, mərhələni keçən tərəf biz də ola bilərdik.
Komandamızın güclənməyə ehtiyacı var. UEFA Avropa Liqası bizim üçün böyük təcrübədir. Gələcəkdə daha münasib rəqiblər bizə düşsə, bu təcrübənin bəhrəsini görə bilərik”.