“SƏBAİL” BU GÜN CAVAB OYUNUNA ÇIXACAQ

“SƏBAİL” BU GÜN CAVAB OYUNUNA ÇIXACAQ

UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində bu gün Rumıniyanın Krayova şəhərindəki Ion Oblemenco stadionunda “Universitatea Craiova” – “Səbail” oyunu keçiriləcək. Qarşılaşma yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq. Oyunu İslandiyadan olan hakimlər idarə edəcək:

Baş hakim: Helgi Mikael Jonasson
Baş hakimin köməkçiləri: Johann Gudmundsson, Bryngeir Valdimarsson
Dördüncü hakim: Ivar Orri Kristjansson

Xatırladaq ki, bu komandalar arasında iyulun 11-də Bayıl stadionunda keçirilmiş ilk oyun 3:2 hesabı ilə Rumıniya təmsilçisinin xeyrinə yekunlaşmışdı.