“Səbail” mübarizəni dayandırmalı olub

“Səbail” mübarizəni dayandırmalı olub

UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində bu gün Rumıniyanın Krayova şəhərindəki Ion Oblemenco stadionunda “Universitatea Craiova” – “Səbail” oyunu keçirilib. Qarşılaşma 3:2 hesabı ilə meydan sahibi komandanın xeyrinə yekunlaşıb. “Səbail”in heyətində Ağabala Ramazanov və Dylan Duventru fərqlənib.
Xatırladaq ki, bu komandalar arasında iyulun 11-də keçirilmiş ilk oyun da eyni hesabla Rumıniya təmsilçisinin xeyrinə başa çatmışdı.
Beləliklə, iki oyunun nəticəsinə əsasən “Səbail” UEFA Avropa Liqasında mübarizəni dayandırmalı olub.