Yoldaşlıq oyunu ilə bağlı dəyişiklik

Yoldaşlıq oyunu ilə bağlı dəyişiklik

“Səbail” PFK-nın Küveytin “Əl Salmiyə” klubu ilə keçirəcəyi yoldaşlıq oyununun tarixi, vaxtı və stadionu texniki səbəbdən dəyişdirilib. Oyun əvvəlcədən xəbər verildiyi kimi, avqustun 1-də deyil, sabah – avqustun 2-də, Bakı Olimpiya Stadionunun köməkçi meydançasında keçiriləcək. Qarşılaşma saat 17:30-da başlayacaq.