Aftandil Hacıyev: “Əzmkar futbol nümayiş etdirdik”

Aftandil Hacıyev: “Əzmkar futbol nümayiş etdirdik”

“Öncə yeni mövsümün başlaması münasibəti ilə hamınızı təbrik edirəm. 1-ci tur hər zaman həyəcanlı olur. Hər iki komandada bu açıq-aşkar hiss olunurdu. Ancaq düşünürəm ki, hər iki komanda layiqli futbol nümayiş etdirdi. Kifayət qədər qol epizodları da oldu. Futbolçularım 90 dəqiqə ərzində 3 xal uğrunda əzmkar futbol nümayiş etdirdi. Buna görə komandaya təşəkkür edirəm. Rəqib komandaya da, uğurlar arzu edirəm. Bu gün meydanda gözlədiyimizdən də güclü “Zirə” gördük.  Samir Abbasova da gələcək oyunlarda uğurlar arzu edirəm”.