Qələbə ilə start

Qələbə ilə start

“Səbail” Premyer Liqanın 2019/2020-ci il mövsümünə qələbə ilə start verib.
Komandamız bu gün “ASCO Arena”da “Zirə”ni qəbul edib. Maraqlı mübarizə şəraitində keçən oyunun birinci hissəsində hesab açılmayıb. Oyunun müqəddəratını 1 qol həll edib. Yevgeni Koçuk “Zirə”nin qapısına təyin olunmuş 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.
Beləliklə, hakimin final fiti “Səbail”in 1:0 hesablı qələbəsini rəsmiləşdirib.