Aftandil Hacıyev: “Səhvlərdən istifadə edən tərəf biz olduq”

Aftandil Hacıyev: “Səhvlərdən istifadə edən tərəf biz olduq”

“Sumqayıtda bu cür izdihamın yaşanması, hər iki komandanın heyətinin əsasən yerlilərdən ibarət olması oyunu maraqlı etdi. Səhvlərdən istifadə edən tərəf biz olduq. Hərçənd oyuna elə də yaxşı başlamadıq. Futbolçular ilk yarıda tapşırıqları yerinə yetirməkdə çətinlik çəkirdilər. Ancaq fasilədən sonra vəziyyət dəyişdi. Hava şəraitini də qeyd etmək lazımdır, çox isti idi. Belə hava şəraitində qələbə qazanmağımızı aktivimizə yazmaq olar. “Sumqayıt”ın da oyununu qeyd edərdim. Burada yaxşı infrastruktur var. Komandanın öz sözünü deyəcəyinə inanıram”.