“Səbail” Sumqayıtdan 3 xalla qayıdır

“Səbail” Sumqayıtdan 3 xalla qayıdır

Premyer Liqanın 2-ci turu çərçivəsində “Səbail” bu gün Sumqayıt şəhərindəki “Kapital Bank Arena”da “Sumqayıt”ın qonağı olub. Qarşılaşma 3:0 hesabı ilə komandamızın xeyrinə başa çatıb.

Oyunda hesab 10-cu dəqiqədə açılıb. Ağabala Ramazanov 11 metrlik cərimə zərbəsini sərrast yerinə yetirərək “Səbail”i önə çıxarıb. Birinci hissənin sonuna qədər başqa qol vurulmayıb. İkinci hissənin startından 5 dəqiqə sonra Şəhriyar Rəhimov komandamızın 2-ci qolunu vurub. 69-cu dəqiqədə isə Ağabala Ramazanov oyunda özünün ikinci, “Səbail”in 3-cü qoluna imza atıb.

Hakimin ikinci hissəyə artırdığı dəqiqələrdə Kamal Bayramov komandamızın qapısına təyin olunmuş penaltinin qola çevrilməsinə imkan verməyib.
Beləliklə, Premyer Liqanın ikinci turunda da qələbə qazanan “Səbail” aktivindəki xalların sayını 6-ya çatdırıb.