Səfər qələbəsi ilə 2-ci pilləyə

Səfər qələbəsi ilə 2-ci pilləyə

Premyer Liqanın IV turunda “Səbail” bu gün “Bakcell Arena”da “Keşlə”nin qonağı olub. Qarşılaşma 2:1 hesabı ilə komandamızın xeyrinə başa çatıb. Oyunun 18-ci dəqiqəsində hesabı Mirabdulla Abbasov açıb.12 dəqiqə sonra M.Abbasov penalti zərbəsini dəqiq yerinə yetirərək “Səbail”in hesabda üstünlüyünü iki topa çatdırıb. “Keşlə” fasilədən sonra bu qollardan yalnız birinin əvəzini çıxa bilib. Bu qələbədən sonra xallarının sayını 9-a çatdıran komandamız turnir cədvəlində 2-ci pilləyə yüksəlib.