“SƏBAİL” – “SUMQAYIT” OYUNUNUN HAKİMLƏRİ MÜƏYYƏNLƏŞİB

“SƏBAİL” – “SUMQAYIT” OYUNUNUN HAKİMLƏRİ MÜƏYYƏNLƏŞİB

Premyer Liqanın VIII turu çərçivəsində “Səbail” “Sumqayıtı”ı qəbul edəcək. Oktyabrın 20-də “ASCO Arena”da keçiriləcək oyun 19:30-da başlayacaq və “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq. Oyunun rəsmi şəxslərini diqqətinizə çatdırırıq:

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cəmil Quliyev, Rəşad Əhmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Erkin Hüseynov

Xatırladaq ki, mövsümün II turunda “Səbail” “Kapital Bank Arena”da “Sumqayıt“ın qonağı olmuş və ev sahibini 3:0 hesabı ilə məğlub etmişdi.