IX tur: “Qarabağ” – “Səbail” – oyununun hakimləri

IX tur: “Qarabağ” – “Səbail” – oyununun hakimləri

Premyer Liqanın IX turu çərçivəsində “Səbail” “Qarabağ”ın qonağı olacaq. Oktyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun 19:00-da başlayacaq və “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq. Oyunun rəsmi şəxslərini diqqətinizə çatdırırıq:

Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Vüqar Bayramov, Vüqar Həsənli
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elbrus Abbasov

Xatırladaq ki, mövsümün III turunda “Səbail” “Qarabağ“a 4:0 hesabı ilə məğlub olmuşdu.