DSC_581

Asyabi İxtiyar Məmməd oğlu
İdarə heyətinin üzvü

Asyabi İxtiyar Məmməd oğlu 14 fevral 1963-cü ildə Goranboy rayonunda anadan olub.
1980-ci ildə Azərbaycan çempionatında iştirak edən “Vışka” futbol komandasında, sonra
“Suraxanets” və “Termist” komandalarında oynayıb.
1989-cu illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. Həmin ildən ARDNŞ-nin
“Xəzərdənizneftdonanma” İdarəsində baş idman təlimatçısı vəzifəsinə işləyib.
1989-cu ildən 2014-cü ilə kimi “Xəzərdəniznefdonanması”nda baş idman təlimatçısı vəzifəsində
çalışıb.
1998-ci ildə idarənin “Dənizçi” Həvəskar Futbol komandasını yaradıb. 2011-ci ildə komanda
fəaliyyətini dayandırıb.
2017-ci ildən bu günə kimi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də idman üzrə
mütəxəsiss vəzifəsində çalışır.
2017-ci ilin iyun ayından “Səbail” PFK-nın İdarə heyətinin üzvüdür.