DSC_58036

Həsənzadə Cahangir Əli oğlu
İdarə heyətinin üzvü

1979-ci il avqustun 4-də Bakı şəhərində anadan olub.
Orta təhsilini 1986 -1996-ci illər ərzində Binəqədi rayonundakı 126 saylı orta məktəbdə alıb.
Azərbaycan İnşaat Mühəndisləri Universitetinin iqtisadiyyat və idarəetmə fakültəsini bitirib.
Bakı Dövlət Bədən Tərbiyəsi Akademiyasını bitirib (ikinci təhsil).
MOİK, “Fərid”, “Bakılı”, “Bakı”, “Neftçi”, “Şəfa”, “Volın” (Lutsk, Ukrayna), “Tavriya”
(Simferopol, Ukrayna), “Qarabağ”, “İnter”, “Qəbələ”, “Olimpik-Şüvəlan”/AZAL, “Xəzər-
Lənkəran” klublarında çıxış edib.
Azərbaycan milli komandasının qapıçısı olub.
Hazırda AFFA-da Kütləvi Futbol Departamentinin rəhbəri vəzifəsində çalışır.
2017-ci ildən etibarən “Səbail” FK-nın İdarə heyətinin üzvüdür.