Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti iqtisadiyyatda köklü struktur islahatlarının davam etdirilməsi, dəniz gəmiçiliyi sahəsində yerli və beynəlxalq daşımaların artırılması, ölkənin rəqabət qabiliyyətinin və tranzit potensialının gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında 22 oktyabr 2013-cü il tarixli 6 nömrəli və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında 10 yanvar 2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən, respublikada mövcud olan iki böyük donanmanın – Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının birləşdirilərək yenidən təşkil olunması yolu ilə yaradılıb.

AzTea

100% təbii “AstaraÇay” və “AzTea” çay markalarının istehsalçısı olan “ASTARAÇAY” MMC 2010- cu ildə təsis edilib. Çay istehsalı üçün istifadə edilən xammal Azərbaycanın suptropik bölgəsi olan Astara və Lənkəran rayonlarında yerləşən çay plantasiyalarından təmin edilir.Plantasiyaların ümumi sahəsi 450 hektardır. Ən müasir avadanlıqlarla təchiz edilmiş çay emalı və qablaşdırılması fabriki 2015-ci ildən fəaliyyətə başlamışdır. Fabrik gündə 10 ton çay yarpağı emal etmək gücünə malikdir. Çayların becərilməsi və emalı zamanı heç bir kimyəvi qatqılardan istifadə edilmir və çaylar ekoloji cəhətdən təmiz şəraitdə yetışdirilir. Çay sahələrində Almaniyanın LACON şirkəti tərəfindən 4 il ekoloji müşahidə aparılıb. Çay fabriki 2016-cı ildə İSO 9001 və İSO 14001, 2017-ci ildə isə 22000 sertifkartlarına laiq görülmüşdür.2018/19 mövsümündən etibarən "AZTEA", "Səbail" PFK-nın Titul Sponsorudur!

Vita 1000

1140 m2 ərazidə yerləşən “Mineral Sular” MMC-in tikintisinə 2012-ci ildə başlanılıb. Tikintisi 2014-cü ilin yay aylarında başa catdıqdan sonra zavodda Türkiyədən və İtalyadan gətirilən avadanlıqların quraşdırılması işlərinə başlanılıb. 2015-ci ilin Yanvar ayından müəssisəmiz tam olaraq fəaliyyətə başlayıb.Zavodumuzda tam yeni, müasir texnoloji tələblərə və standartlara cavab verən avadanlıqlar istismara verilib. “Vita 1000” nişanı altında 0,33; 0,5; 1; 1,5; 5; 10 və 19 lt qablarda təbii mineral süfrə, qablaşdırılmış içməli və qazlı sular istehsal olunur. Zavodumuzda tam standartlara uyğun müasir kimyəvi və bakterioloji laboratoriyalar fəaliyyət göstərir. Məhsullarımız ekoloji cəhətdən tam təmizdir. Xüsusi filtirlərdən keçən su öz təbii bulaq suyu dadını itirmir. "Mineral Sular" şirkəti 2017/18 mövsümündən etibarən, "Səbail" PFK-nın texniki sponsorudur!

Star

Star CP” MMC Beton və beton məhsulları zavodu 2015-ci ilin yanvar ayında fəaliyyətə başlamışdır. 11 min kvadratmetr istehsal sahəsi olan zavod tikinti sənayesinin inkişafı və istehlakçıların keyfiyyətli beton qarışığı, beton borular və döşəmə daşları ilə təmin edilməsi məqsədilə yaradılmışdır. Zavod dünyanın ən aparıcı şirkətlərinin son texnologiyaları əsasında qurulub. Şirkətin bir nömrəli devizi sürət, keyfiyyət və zəmanətdir.Bakı və Sumqayıt şəhərində inşa olunan obyektlərin və binaların təxminən 20 %-nin tikilişində “Star CP” MMC-də istehsal olunan beton məmulatlarından istifadə olunur. Bu istiqamətdə şirkətin əsas missiyası - Müştərilərimiz üçün əlavə dəyər yaradan, keyfiyyətli məhsulların vaxtında və ən uyğun şərtlərdə təqdim edilməsi üçün etibarlı, gəlirli bir şirkətolmaq.