klub

'SƏBAİL'Ə XOŞ GƏLDİNİZ

1500x1000

“Səbail” Futbol Klubu 2016-cı ildə təsis olunub. Klub Bakı şəhərinin Bayıl qəsəbəsini təmsil edir. Bayıl – türkdilli arealda (Orta Asiya, Qafqaz, Krım, Balkan yarımadası və s.) geniş yayılmış və “təpə”, “dağ döşü” mənalarında işlənən bair/bayir/bayır sözünun fonetik variantıdır. Ərazinin təpələrdən ibarət olması ilə əlaqədar bura Bayır/Bayıl adlandırılmışdır. Burada XIII əsrdə suya qərq olmuş qəsrin xarabalıqları da Səbayıl (farsca Səng-i Bayıl / Sənge-Bayıl – Bayıl daşları (“səng” farsca “daş” deməkdir)) adlanmışdır.

“Səbail” Futbol Klubunun təsis olunmasında əsas məqsəd Azərbaycanda klub futbolunun inkişafına töhfə vermək, Bayıl stadionunun yerləşdiyi ərazini təmsil edən peşəkar futbol klubunu formalaşdırmaq, yerli gənc futbolçulara daha çox şans verməklə milli komandaların heyətinin müəyyənləşdirilməsi prosesində iştirak, futbolun kütləviliyinin artırılması və təbliğatının gücləndirilməsi istiqamətində fəaliyyət göstərməkdir.

400x267

Yaradıldığı ilk ildə – 2016/2017-ci il mövsümündə – “Səbail” Birinci Divizionda çıxış edib.

2016-cı il sentyabrın 8-də keçirilmiş debüt oyununda, Heydər Əliyev adına İmişli şəhər stadionunda “Mil-Muğan” komandası ilə qarşılaşan klubumuz 3:0 hesabı ilə qalib gəlib. “Səbail”in tarixində rəsmi oyunlarda birinci qolun müəllifi həmin qarşılaşmanın 54-cü dəqiqəsində fərqlənən Bəxtiyar Məsiməliyev olub.

Ümumilkdə, mövsümü yüksək səviyyədə keçirən “Səbail” yekunda Topaz Premyer Liqasına vəsiqə qazanıb.

Klubumuz Birinci Divizionda keçirdiyi 26 oyunda 57 xal toplayaraq turnir cədvəlində ikinci yeri tutmaqla elitada çıxış etmək hüququ əldə edib.

“Səbail” tarixində ən böyükhesablı qələbəni Birinci Divizionun XIII turu çərçivəsində 2016-cı il noyabrın 24-də “Bakılı” komandasına qarşı keçirdiyi oyunda qazanıb – 11:3.

Maraqlıdır ki, Topaz Premyer Liqasına vəsiqə də məhz “Bakılı” ilə keçirilmiş növbəti oyunda rəsmiləşib. 2017-ci il aprelin 27-də keçirilmiş sonuncu – XXVI turun qarşılaşmasında daha bir böyükhesablı (7:1) qələbə qazanan komandamız 2017/2018-ci il mövsümündə elitada mübarizə aparacağını dəqiqləşdirib.

DSC_7205

Azərbaycan çempionatının elitasında “Səbail”in debütü 2017-ci il avqustun 13-ə təsadüf edib. Rəqib meydanında “Zirə” klubu ilə qarşılaşan komandamız 1:2 hesabı ilə məğlub olsa da, mövsümün sonunda 28 oyundan 23 xal toplayaraq turnir cədvəlində 7-ci yeri tutub və müvafiq olaraq

400x262

2018/2019-cu il mövsümündə Topaz Premyer Liqasında mübarizə aparmaq hüququnu qoruyub saxlaya bilib.

“Səbail”in Premyer Liqada birinci qolunun müəllifi “Zirə” ilə oyunun 43-cü dəqiqəsində fərqlənmiş Vüqar Nadirov olub.

DSC_7574

Komandamızın elitada ilk qələbəsi isə növbəti tura təsadüf edib.

Avqustun 19-da “Dalğa Arena”da “Neftçi” ilə qarşılaşan “Səbail” Elman Taqayevin 90-cı dəqiqədə vurduğu qol sayəsində 1:0 hesabı ilə qələbə qazanıb.

Əlbəttə, klubumuzun yarandığı gündən bu günə qədər olan müddəti əhatə edən tarixi çox da böyük deyil. Lakin biz bu tarixi birlikdə yazmağı hədəfləyirik. Tariximiz kiçik olsa da, məqsədimiz böyük olmaqdır!