• Media
    • Xəbərlər
    • Fotoreportaj
  • Klub
    • Müşahidə Şurası
    • Rəhbərlik
    • Sponsorlar
    • Tariximiz
    • ASCO Arena
    • Hesabatlar
  • Əsas komanda
    • Məşqçi / İnzibati heyət
    • Oyunçular
    • Cədvəl
    • Təqvim
  • B Komanda
    • Məşqçi / İnzibati heyət
    • Oyunçular
  • Akademiya
    • Məşqçi / İnzibati heyət
    • Oyunçular
  • Media
    • Xəbərlər
    • Fotoreportaj
  • Klub
    • Müşahidə Şurası
    • Rəhbərlik
    • Sponsorlar
    • Tariximiz
    • ASCO Arena
    • Hesabatlar
  • Əsas Komanda
    • Məşqçi / İnzibati heyət
    • Oyunçular
    • Cədvəl
    • Təqvim
  • B Komanda
    • Məşqçi / İnzibati heyət
    • Oyunçular
  • Akademiya
    • Məşqçi / İnzibati heyət
    • Oyunçular

    Komandamız səfərdə "Qarabağ"la qarşılaşıb

     

    6 aprel 2024. Saat 20:00. T. Bəhramov adına Respublika Stadionu, 980 tamaşaçı
    Baş hakim: Nicat İsmayıllı
    Baş hakimin köməkçiləri: Vüsal Məmmədov, Asiman Əzizli
    Dördüncü hakim: Əli Əliyev
    VAR: Cavid Cəlilov
    AVAR: Cəmil Quliyev
    Hakim-inspektor: Munis Abdullayev
    AFFA nümayəndəsi: Bəhram Qurbanov
    Sarı vərəqələr: Toral Bayramov, 45+1 (qeyri-idman hərəkəti); Kevin Medina, 48 (qeyri-idman hərəkəti); Mateus Silva, 81 (qeyri-idman hərəkəti) // Madi Queta, 28 (qeyri-idman hərəkəti); Nir Bardea, 37 (qeyri-idman hərəkəti); Adi Mehremiç, 44 (qeyri-idman hərəkəti); Rüfət Abdullazadə, 46 (qeyri-idman hərəkəti); Pedro Nuno, 53 (qeyri-idman hərəkəti); Yadin Luqasi, 76 (hakimin qərarına etiraz)
    Rəsmi şəxsə göstərilən sarı vərəqə: Qurban Qurbanov, 60 (hakimin qərarına etiraz)
    Qollar: Yassin Benzia, 15, 40; Toral Bayramov, 69 (p.); Nəriman Axundzadə, 90 // Nir Bardea, 7; Rüfət Abdullazadə, 88
    Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 5 dəq.

     

     

    “Qarabağ”: 99. Andrey Lunyov, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev (66. Patrik Andrade, 87), 27. Toral Bayramov (44. Elvin Cəfərquliyev, 87), 90. Nəriman Axundzadə, 81. Kevin Medina (k), (13. Bəhlul Mustafazadə, 87), 7. Yassin Benzia (17. Hamidu Keyta, 87), 18. Olavio Juninyo (11. Adama Diakabi, 87), 2. Mateus Silva, 6. Julio Romao, 15. Leandro Andrade.


    Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 19. Redon Cica.


    Baş məşqçi: Qurban Qurbanov

     

    “Səbail”: 1. Səlahət Ağayev, 74. Yusif Nəbiyev (k), 17. Rafael Məhərrəmli (6. Cabir Əmirli, 46), 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, (44. Yadin Luqasi, 63), 4. Adi Mehremiç, 27. Pedro Nuno, 55. Nir Bardea (5. Adil Nağıyev, 73), 3. Silvayin Deslandes (77. Ayub Masika, 73), 21. Anas Najah, 7. Madi Queta, (9. Aleksandr Ramalinqom, 63). 


    Ehtiyat oyunçular:

    12. Hüseynəli Quliyev, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 14. Suleyman Alluş.


    Baş məşqçi: Şahin Diniyev

     

    Misli Premyer Liqasında 20-cu turun oyunları keçirilib. "Səbail" səfərdə "Qarabağ"la qarşılaşıb. Oyuna yaxşı başlayan komandamız 7-ci dəqiqədə hesabı açıb. 7-ci dəqiqədə Rüfət Abdullazadənin künc zərbəsindən göndərdiyi topu Nir Bardea qola çevirib. Matçın 15-ci dəqiqəsində Yasin Benzianın qolu ilə rəqib hesabı bərabərləşdirib. Əlcəzairli futbolçu 40-cı dəqiqədə yenidən fərqlənərək komandasını önə çıxarıb. İlk hissə "Qarabağ"ın 2:1 hesablı üstünlüyü ilə yekunlaşıb. İkinci hissə qarşılıqlı hücumlarla başlayıb. 69-cu dəqiqədə komandamızın qapısına penalti təyin edilib. Toral Bayramov zərbəni dəqiq yerinə yetirərək hesab arasındakı fərqi artırıb. Lakin Şahin Diniyevin yetirmələri sonadək mübarizəni davam etdirib. Matçın 88-ci dəqiqəsində Rüfət Abdullazadə mükəmməl qola imza atıb. Bundan 2 dəqiqə sonra isə rəqibin heyətində Nəriman Axundzadə qol vuraraq yekun nəticəni müəyyənləşdirib.

     

    Şahin Diniyev (“Səbail” PFK-nın baş məşqçisi):  "Amerika kəşf etmək istəmirəm. "Qarabağ" Premyer Liqa klublarından yuxarıdadır. İlk dəqiqələrdən "Qarabağ"a problemlər yaratmaq istədik. Qol da vurduq. Sadəcə, futbolçularım "Qarabağ"dan çəkindilər. Topa nəzarət edə bilmirdik. İkinci hissədə "va bank"a getdik. "Qarabağ" səviyyəli komandadır, heyəti genişdir. Bu gün onlara 2 qol vurmaq da böyük işdir. Düzdür, bizə heç nə vermir. Amma komandada özünəinam yaradır. "Qarabağ"ı həm çempionluq, həm də beynəlxalq arenada göstərdiyi nəticələrə görə təbrik edirəm. 7 tur qalıb, şansımız var. Bunun üçün də mübarizə aparacağıq. Daha yuxarı yerlərə layiq komandayıq".

     

    07 Aprel 2024

Mert Çelik A milli komandaya çağırılıb

25 May 2025

"Səbail" "Sumqayıt"la üz-üzə gəlib

23 May 2025

David Qomis mükafatlandırılıb

23 May 2025

  • +994 12 58101 93

  • [email protected]

  • ASCO Arena / Y. Bədəlov küçəsi, 36

  • +994 12 58101 93
  • [email protected]
  • ASCO Arena / Y. Bədəlov küçəsi, 36