• Media
    • Xəbərlər
    • Fotoreportaj
  • Klub
    • Müşahidə Şurası
    • Rəhbərlik
    • Sponsorlar
    • Tariximiz
    • ASCO Arena
    • Hesabatlar
  • Əsas komanda
    • Məşqçi / İnzibati heyət
    • Oyunçular
    • Cədvəl
    • Təqvim
  • B Komanda
    • Məşqçi / İnzibati heyət
    • Oyunçular
  • Akademiya
    • Məşqçi / İnzibati heyət
    • Oyunçular
  • Media
    • Xəbərlər
    • Fotoreportaj
  • Klub
    • Müşahidə Şurası
    • Rəhbərlik
    • Sponsorlar
    • Tariximiz
    • ASCO Arena
    • Hesabatlar
  • Əsas Komanda
    • Məşqçi / İnzibati heyət
    • Oyunçular
    • Cədvəl
    • Təqvim
  • B Komanda
    • Məşqçi / İnzibati heyət
    • Oyunçular
  • Akademiya
    • Məşqçi / İnzibati heyət
    • Oyunçular

    Hər oyunda 1 ithaf - Əhməd Cavad

     

    “Səbail” PFK Misli Premyer Liqasının 2023/2024-cü illər mövsümü üçün hazırladığı layihəsini davam etdirir. Cari mövsümdə klubumuzun keçirdiyi hər ev oyunu ölkəmizin tarixi, görkəmli şəxsiyyətləri, mədəniyyət və incəsənəti ilə bağlı əlamətdar günlərə, həmçinin beynəlxalq səviyyədə qeyd olunan müəyyən tədbirlərə həsr olunmaqdadır. Misli Premyer Liqasının 33-cü turu çərçivəsində “ASCO Arena”da keçiriləcək “Səbail” - “Qəbələ” oyunu Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Əhməd Cavadın anadan olmasının 132-ci ildönümünə həsr olunacaq. Görkəmli şair, tərcüməçi, maarifçi-pedaqoq və ictimai xadim, ən nəhayət, Azərbaycan Respublikası Dövlət Himninin sözlərinin müəllifi Əhməd Cavad (Cavad Məhəmmədəli oğlu Axundzadə) 1892-ci il mayın 5-də Şəmkir rayonunun Seyfəli kəndində anadan olmuşdur. Azərbaycan Demokratik Respublikası dövründə “Azərbaycan dilinin sərfi və nəhvi” adlı ilk dərsliyin müəllifi olmuşdur. O, rus dili üzrə professor rütbəsi alan ilk azərbaycanlı alim idi. Gəncə mədrəsəsində H.Cavid kimi filosof-şairdən, Abdulla Sur kimi tənqidçi-ədəbiyyatşünasdan dərs alan Cavad öz təxəllüsünü türkiyəli şair Əhməd Cavadın adından götürmüşdür. Beləliklə, eyni tarixi dövrdə türk dünyasında iki Əhməd Cavad yazıb-yaradırdı. Əhməd Cavadın 1918–1920-ci illər yaradıcılığı, əsasən azadlıq mövzusuna, ilk Azərbaycan Respublikasının nailiyyətlərinə həsr edilib. "Ey əskər" (1918, Bakı), "İngilis" (1918, Bakı), "Bismillah" (1918, Bakı), "Röyasını görmüşdüm" (1919, Hacıkənd), "Qalx", "Şəhidlərə" (1919, Gəncə), "Bən kiməm" (1919, Gəncə), "Aşiqin dərdi", "Nədən yarandın", "Gəlmə", "Dağlar", "Marş" (1918, 14 avqust), "Türk ordusuna" (1918, Gəncə) adlı şeirlər məhz həmin dövrün məhsuludur. 1920-ci ilin aprel hadisələrindən sonra Ə. Cavadın hüquqları daim pozulmuş, orijinal yaradıcılığının inkişafına imkan verilməmişdir. Ə.Cavad 1920-1937-ci illərdə dəfələrlə həbs edilmiş, təqiblərə məruz qalmışdır. Nəhayət, 1937-ci il martın 21-də şairi Azərbaycan Yazıçılar İttifaqının üzvlüyündən azad edirlər. Həmin il iyun ayının 4-də onu H.Cavid, M.Müşfiq və V.Xuluflu ilə eyni vaxtda həbsə alırlar. Oktyabrın 12-dən 13-ə keçən gecə 15 dəqiqəlik məhkəmənin qərarı ilə ona güllələnmə hökmü oxunur. Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt görmək istəyən Əhməd Cavad 1937-ci il oktyabrın 13-də güllələnir. Şairin sağ qalan ailə üzvlərinin taleyi isə daha ağır və faciəli olur. Şükriyyə xanım həyat yoldaşının ölümündən sonra "vətən xaininin arvadı" kimi uşaqları ilə birlikdə həbs edilir. Yeddi ildən sonra sürgündən azad edilsə də, ona Bakıda yaşamaq qadağan olunur. Yalnız 1955-ci ilin dekabrında ailə bəraət alır. 1958-ci ildə Əhməd Cavadın "Şeirlər", 1961-ci ildə "Sən ağlama, mən ağlaram" kitabları çap olunur. Şairliklə yanaşı, həm də istedadlı tərcüməçi olan Əhməd Cavadın dilimizə çevirdiyi əsərlər - 1961-ci ildə Fransua Rablenin "Qarqantua və Pantaqruel", 1962-ci ildə Vilyam Şekspirin "Otello", "Romeo və Cülyetta", 1978-ci ildə Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan" əsərləri işıq üzü görür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Əhməd Cavad Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.

    06 May 2024

"Səbail" "Şamaxı" ilə bərabərə qalb

03 May 2025

"Səbail" "Araz-Naxçıvan"la heç-heçə edib

27 Aprel 2025

"Səbail" səfərdə "Sabah"la üz-üzə gəlib

19 Aprel 2025

  • +994 12 58101 93

  • [email protected]

  • ASCO Arena / Y. Bədəlov küçəsi, 36

  • +994 12 58101 93
  • [email protected]
  • ASCO Arena / Y. Bədəlov küçəsi, 36