• Media
    • Xəbərlər
    • Fotoreportaj
  • Klub
    • Müşahidə Şurası
    • Rəhbərlik
    • Sponsorlar
    • Tariximiz
    • ASCO Arena
    • Hesabatlar
  • Əsas komanda
    • Məşqçi / İnzibati heyət
    • Oyunçular
    • Cədvəl
    • Təqvim
  • B Komanda
    • Məşqçi / İnzibati heyət
    • Oyunçular
  • Akademiya
    • Məşqçi / İnzibati heyət
    • Oyunçular
  • Media
    • Xəbərlər
    • Fotoreportaj
  • Klub
    • Müşahidə Şurası
    • Rəhbərlik
    • Sponsorlar
    • Tariximiz
    • ASCO Arena
    • Hesabatlar
  • Əsas Komanda
    • Məşqçi / İnzibati heyət
    • Oyunçular
    • Cədvəl
    • Təqvim
  • B Komanda
    • Məşqçi / İnzibati heyət
    • Oyunçular
  • Akademiya
    • Məşqçi / İnzibati heyət
    • Oyunçular

    Komandamız "Sumqayıt"la üz-üzə gəlib

     

    12 may 2024. Saat 19:30. M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 3500 tamaşaçı
    Baş hakim: Rəvan Həmzəzadə
    Baş hakimin köməkçiləri: Kamran Bayramov, Şirmamed Mamedov
    Dördüncü hakim: Kamal Umudlu
    VAR: Əliyar Ağayev
    AVAR: Zeynal Zeynalov
    Hakim-inspektor: Rəhim Həsənov
    AFFA nümayəndəsi: Elçin Məmmədov
    Sarı vərəqələr: Oktavio Manteka, 13 (qeyri-idman hərəkəti); Kasimir Ninqa, 51 (qeyri-idman hərəkəti); Masaki Murata, 77 (qeyri-idman hərəkəti) // Anas Najah, 21 (qeyri-idman hərəkəti); Rüfət Abdullazadə, 68 (qeyri-idman hərəkəti); Adi Mehremiç, 82 (qeyri-idman hərəkəti)
    Rəsmi şəxsə göstərilən sarı vərəqə: Anar Niftəliyev ("Sumqayıt"), 68 (hakimin qərarına etiraz)
    Qollar: Kasimir Ninqa, 41 (p.), 45 // Aleksandr Ramalinqom, 90+5
    Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 6 dəq.

     

     

    “Sumqayıt”: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov (60. Tresor Mossi, 75), 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat (21. Nihad Əhmədzadə, 90), 11. Kasimir Ninqa (9. Erik Sorqa, 90), 58. Oktavio Manteka (10. Kamran Aliev, 75), 12. Abu Dosso, 4. İsa Suliman, 71. Masaki Murata (20. Ayxan Süleymanlı, 90+5).

     

    Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 32. Murad Ağamalıyev.

     

    Baş məşqçi: Samir Abasov

     

    “Səbail”: 1. Səlahət Ağayev, 5. Adil Nağıyev (k), 11. Rüfət Abdullazadə (77. Ayub Masika, 77), 19. Samir Abdullayev (14. Suleyman Alluş, 69), 88. Valdemar Almeyda (8. Bahadur Həziyev, 77), 4. Adi Mehremiç, 27. Pedro Nuno, 55. Nir Bardea (17. Rafael Məhərrəmli, 69), 3. Silvayin Deslandes, 21. Anas Najah, 7. Madi Queta (9. Aleksandr Ramalinqom, 69).


    Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 10. Ağabala Ramazanov, 6. Cabir Əmirli, 74. Yusif Nəbiyev, 15. Vüqar Həsənov, 18. Süleyman Əhmədov.



    Baş məşqçi: Şahin Diniyev

     

     

    Misli Premyer Liqasında 34-cü turun oyunları keçirilib. Turun son matçında "Səbail" səfərdə "Sumqayıt"la qarşılaşıb. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan qarşılaşmaya yaxşı başlayan tərəf  komandamız olub. "Dənizçilər" matçın ilk 30 dəqiqəsində bir neçə qol vəziyyəti yaratsa da, bundan yararlana bilməyib. Həmçinin, cərimə meydançası daxilində futbolçumuza qarşı edilən kobudluğu oyunun baş hakimi penalti olaraq dəyərləndirməyib. Bundan bir neçə dəqiqə  sonra - 41-ci dəqiqədə hakim rəqibin lehinə  penalti təyin edib. Kasimir Ninqa zərbəni dəqiq  yerinə yetirib. "Sumqayıt" 4 dəqiqə sonra fərqi 2 topa çatdırıb. Kasimir Ninqa özünün və komandasının 2-ci qolunu vurub. İkinci hissə boyunca Şahin Diniyevin komandası hesabı bərabərləşdirməyə çalışsa da, cəhdlər nəticəsiz qalıb. Matçın sonuna əlavə edilən 4-cü dəqiqədə Aleksandr Ramalinqomun qolu ilə oyunun yekun hesabı müəyyənləşib.

     

    Şahin Diniyev (“Səbail” PFK-nın baş məşqçisi): "Ulduzmağımıza baxmayaraq, meydanda komanda var idi. "Sumqayıt"ı təbrik edirəm. Amma bu gün "Səbail" daha yaxşı futbol oynadı. Mənim üçün əsas oyundur. Oyun olduqda nəticə gələcək. 6-cı yer də bizim üçün nəticədir. Gələn il daha yaxşı olacağıq. Yeni komandayıq. Stabilliyin çatmaması normaldır. İtirdiyimiz xallar bizi çox məyus edir. Avrokuboklar uğrunda mübarizə aparan komandaların hər biri ilə başa-baş oynadıq. İrəli baxırıq, nikbinəm. Futbolçularımla fəxr edirəm. "Sumqayıt"ı 90 dəqiqə təzyiq altında saxladıq. Standart vəziyyətlərdən asan qollar buraxdıq. Bizim də penaltimiz var idi. O verilsəydi, oyun dəyişəcəkdi".

     

     

     

    12 May 2024

Komandamız "Zirə" ilə qarşılaşıb

10 May 2025

"Səbail" "Şamaxı" ilə bərabərə qalb

03 May 2025

"Səbail" "Araz-Naxçıvan"la heç-heçə edib

27 Aprel 2025

  • +994 12 58101 93

  • [email protected]

  • ASCO Arena / Y. Bədəlov küçəsi, 36

  • +994 12 58101 93
  • [email protected]
  • ASCO Arena / Y. Bədəlov küçəsi, 36