Misli Premyer Liqasında 2023/2024-cü illər mövsümünə yekun vurulub. “Səbail” PFK-nın baş məşqçisi Şahin Diniyev geridə qalan mövsümün 36 turunda ümumilikdə 28 futbolçunun xidmətindən istifadə edib. Yarımmüdafiəçimiz Valdemar Almeyda Pana 36 oyunun hamısında meydanda olan yeganə futbolçudur (2838 dəqiqə). Dəqiqə olaraq meydanda ən çox mübarizə aparan futbolçumuz isə “27” nömrəmiz Pedro Nunodur (34 oyun / 2940 dəqiqə).
Qeyd edək ki, “Səbail” PFK arxada qalan 36 tur ərzində 11 qələbə, 9 heç-heçə, 16 məğlubiyyətə imza atıb. Komandamızın futbolçuları 36 tur ərzində 50 qola imza atıb və öz qapısında 60 top görüb. Ən məhsuldar futbolçumuz isə Aleksandr Ramalinqomdur. O, 15 qolla bombardirlər siyahısında bu göstərici ilə mövsümü ikinci pillədə tamamlayıb. Yarımüdafiəçimiz Pedro Nuno isə vurduğu 10 qolla ən məhsuldar ikinci futbolçumuz olub.
Valdemar Almeyda Pana – 36 oyun (2838 dəqiqə)
Aleksandr Ramalinqom – 35 (2666)
Rüfət Abdullazadə – 35 (2015)
Pedro Nuno – 34 (2940)
Yusif Nəbiyev – 34 (2831)
Anass Najah – 34 (2817)
Yadin Luqasi – 33 (1232)
Səlahət Ağayev – 31 (2790)
Adi Mehremiç – 31 (2508)
Nir Bardea – 27 (2290)
Rafael Məhərrəmli – 26 (1566)
Samir Abdullayev – 22 (334)
Madi Queta 18 (791)
Adil Nağıyev – 17 (1249)
Bahadur Həziyev – 17 (441)
David Qomis – 16 (1246)
Silvayin Deslandes – 16 (1022)
Cabir Əmirli – 14 (989)
Ağabala Ramazanov – 14 (661)
Süleyman Alluş – 15 (655)
Ayub Masika – 14 (465)
Süleyman Əhmədov – 12 (565)
Hüseynəli Quliyev – 5 (450)
Vüqar Həsənov – 2 (48)
Ayaz Mikayılov – 1 (17)
Taleh Qarayev – 1 (12)
Vurulan qollar: Aleksandr Ramalinqom (15), Pedro Nuno (10), Rüfət Abdullazadə (6), Yusif Nəbiyev (5), David Qomis (2), Yadin Luqasi (2), Süleyman Alluş (2), Nir Bardea (2), Ağabala Ramazanov, Valdemar Almeyda Pana, Adi Mehremiç, Samir Abdullayev.