1 fevral 2025. Saat 16:00. Tovuz şəhər stadionu, 5000 tamaşaçı
Baş hakim: Tural Qurbanov
Baş hakimin köməkçiləri: Vüsal Məmmədov, Rəhman İmami
Dördüncü hakim: Elvin Bayramov
VAR: Rauf Allahverdiyev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Nəriman Axundov
Sarı vərəqə: Sergey Samok, 90+3 (oyunun bərpasının ləngidilməsi) // Suleyman Alluş, 45 (hakimin qərarına etiraz)
Qırmızı vərəqə: Kauan Martins, 45 (rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Yunis Hüseynov (“Turan Tovuz”), 45+3 (hakimin qərarına etiraz)
Rəsmi şəxsə göstərilən qırmızı vərəqə: Ruslan Abışov (“Turan Tovuz”), 45+3 (hakimin qərarına etiraz)
Qollar: Alexandro Serrano, 29 // Madi Queta, 82
Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 3 dəq.
“Turan Tovuz”: 41. Sergey Samok, 88. Faiq Hacıyev, 7. İsmayıl Zülfüqarlı, 13. Fərid Yusifli, 77. Veysəl Rzayev, 9. Kristian da Silva (k), 23. Alexandro Serrano, 90. Joarlem Santos (80. Otto Con, 69), 15. Emmanuel Hakman (6. Araş Qaderi, 33), 40. Kauan Martins, 21. Aleks Souza (11. Ayxan Hüseynov, 89)
Ehtiyat oyunçular: 1. İvan Konovalov, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 19. Orxan Əliyev, 10. Xəyal Nəcəfov, 8. Tural Bayramlı, 44. Rüfət Əhmədov, 30. Mircamal Əlizadə, 29. Anton Kraçkovski.
Baş məşqçi: Kurban Berdiyev
“Səbail”: 12. Əlirza Müştəbazadə, 96. İlkin Muradov, 74. Yusif Nəbiyev (k), 20. Mert Çelik, 10. David Qomis (11. Rüfət Abdullazadə, 63), 8. Qorka Laruçça, 3. Dmitro Litvin,
99. İnnosent Nşuti, 4. Marko Nikoliç (19. Samir Abdullayev, 63), 7. Madi Queta, 14. Suleyman Alluş.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 25. Nicat Məmmədzadə, 22. Mirabdulla Abbasov, 77. Fərid Nəbiyev, 18. Süleyman Əhmədov, 83. Nihad Quliyev, 16. Emin Rüstəmov, 97. Oruc Məmmədov, 88. Hacıəli Şirəliyev, 5. Gitay Sofir.
Baş məşqçi: Cavid Hüseynov
Misli Premyer Liqasında 21-ci turun oyunları keçirilib. "Səbail" səfərdə "Turan Tovuz"la qarşılaşıb. Oyuna yaxşı başlayan tərəf komandamız olub. "Səbail" ilk hissədə bir neçə dəfə hesabı açmağa yaxın olsa da, epizodlar qolla nəticələnməyib. Meydan sahibləri 29p-cu dəqiqədə Aleksandro Serranonun qolu ilə hesabı açıb. İlk hissə Tovuz təmsilçisinin minimal hesablı üstünlüyü ilə yekunlaşıb. Cavid Hüseynovun komandası ikinci hissəyə də yaxşı başlayan tərəf olub. Komandamız 82-ci dəqiqədə istəyinə nail olub. Oyuna sonradan daxil olan Rüfət Abdullazadənin ötürməsini Madi Queta qolla tamamlayıb. Qalan dəqiqələrdə də hesab dəyişməyib və görüş 1:1 hesablı bərabərliklə başa çatıb.
Cavid Hüseynov (“Səbail” PFK-nın məşqçisi): "Tovuzda olmaq mənim üçün çox xoşdur. Buranı çox sevirəm. Futbolçu vaxtı ilk addımlarımı burada atmışam, məşqçi kimi də burada çalışmışam. Həddən artıq güclü komandaya qarşı oynayırdıq. Son transferlər güclərinə güc qatıb. Rəqiib ciddi təhlil etmişdik. İki fərqli hissə izlədik. Qələbə qazanmağı çox istəyirdik. Amma Bakıya 1 xalla qayıdırıq. Səhvlərmiz var. Onların üzərində işləyəcəyik".