Azərbaycan Kuboku ¼ final, ilk oyun
6 fevral 2025. Saat 18:30. “ASCO Arena”, 800 tamaşaçı
Baş hakim: Rauf Cabarov
Baş hakimin köməkçiləri: Zöhrab Abbasov, Teymur Teymurov
Dördüncü hakim: Kamranbəy Rəhimov
VAR: Rauf Allahverdiyev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: İlham Əliyev
Sarı vərəqələr: Mert Çelik, 8 (qeyri-idman hərəkəti) // Marko Yankoviç, 88 (hakimin qərarına etiraz); Bədavi Hüseynov, 90+1 (qeyri-idman hərəkəti)
Qol: Yassin Benzia, 35 Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 5 dəq.
“Səbail”: 1. Hüseynəli Quliyev, 74. Yusif Nəbiyev (k), 77. Fərid Nəbiyev (14. Suleyman Alluş, 67), 20. Mert Çelik, 11. Rüfət Abdullazadə (22. Mirabdulla Abbasov, 81), 16. Emin Rüstəmov, 97. Oruc Məmmədov (19. Samir Abdullayev, 56), 10. David Qomis (7. Madi Queta, 67), 8. Qorka Laruçça (96. İlkin Muradov, 67), 3. Dmitro Litvin, 5. Gitay Sofir.
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 18. Süleyman Əhmədov, 88. Hacıəli Şirəliyev, 99. İnnosent Nşuti, 4. Marko Nikoliç.
Məşqçi: Elvin Məmmədov.
“Qarabağ”: 99. Mateus Koxalski, 30. Abbas Hüseynov (55. Bədavi Hüseynov, 24), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev (29. Marko Veşoviç, 90+3), 90. Nəriman Axundzadə (22. Musa Qurbanlı, 76), 10. Abdullah Zubir (k) (11. Emmanuel Addai, 90+3), 66. Patrik Andrade (24. Aleksey İsayev, 76), 7. Yassin Benzia, 8. Marko Yankoviç, 2. Mateus Silva, 21. Aleksey Kaşuk.
Ehtiyat oyunçular: 1. Şahrudin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 20. Riçard Almeyda, 81. Kevin Medina, 19. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.
Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçirilib. "Səbail" doğma meydanda "Qarabağ"la qarşılaşıb. Matçın ilk yarım saatı qarşılıqlı hücumlar şəraitində keçib. 35-ci dəqiqədə Yasin Benzia qonaqları önə keçirib. 41-ci dəqiqədə komandamızın heyətində Oruc Məmmədov rəqibin qapısına yol tapsa da, hakim ofsayt qərarı verib. İlk hissə Ağdam təmsilçisinin hesabda minimal üstünlüyü ilə başa çatıb. İkinci hissəyə yaxşı başlayan tərəf komandamız olub. "Səbail" bir neçə dəfə hesabı bərabərləşdirməyə yaxın olsa da, epizodlar qolla nəticələnməyib. 87-ci dəqiqədə isə cərimə meydançası daxilində rəqib futbolçu Marko Yankoviçin Madi Quetanın ayağına endirdiyi zərbəyə görə hakim penalti nöqtəsini göstərib. Lakin referi video-təkrardan sonra qərarını ləğv edib. Oyunda başqa qol olmayıb və görüş "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qeyd edık ki, tərəflər arasında cavab matçı 27 fevral tarixində Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Elvin Məmmədov (“Səbail” PFK-nın məşqçisi): "Komandanı apardığı mübarizəyə görə təbrik edirəm. "Qarabağ" həm Azərbaycan çempionatında, həm Avropada öz sözünü demiş komandadır. Yaxşı oyun oldu. Bu matçı unutmalıyıq. 4 gündən sonra çempionatda "Qarabağ"la oyunumuz var. Həmin qarşılaşmaya hazırlaşacağıq".