22 fevral 2025. Saat 16:00.“Liv Bona Dea Arena”, 70 tamaşaçı
Baş hakim: Fərid Hacıyev
Baş hakimin köməkçiləri: Müslüm Əliyev, Rəhman İmami
Dördüncü hakim: Elvin Bayramov
VAR: Nicat İsmayıllı
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Asif Əliyev
Sarı vərəqələr: Urfan Abbasov, 18 (qeyri-idman hərəkəti); Nuno Rodriqes, 27 (qeyri-idman hərəkəti); Vanderson
Melo, 34 (qeyri-idman hərəkəti); Kristian Avram, 63 (qeyri-idman hərəkəti) // Emin Rüstəmov, 4 (qeyri-idman
hərəkəti)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Elmar Baxşıyev, 90+2 (hakimin qərarına etiraz)
Qol: yoxdur
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 4 dəq.
“Araz-Naxçıvan” : 12. Kristian Avram, 5. Qara Qarayev (8. Karlos Jatoba, 81), 34. Urfan Abbasov, 2.Slavik Alxasov, 6. Vadim Abdullayev (k) (24. Mustafa Əhmədzadə, 61), 29. Vanderson Melo, 17. İssuf Paro, 23. Nuno Rodriqes (21. Sezar Meza Kolli, 61), 97. Felipe Santos, 10. Bernardo Dias, 9. Əyyub Allaş (7. Ülvi İsgəndərov, 75).
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 99. Raul Əhmədzadə, 22.Elçin Mustafayev, 20. Turan Vəlizadə, 11. Bayraməli Qurbanov, 71. Sənan Ağalarov, 57. Elcan Məmmədov.
Baş məşqçi: Elmar Baxşıyev
“Səbail”: 1. Hüseynəli Quliyev, 96. İlkin Muradov, 74. Yusif Nəbiyev (k), 77. Fərid Nəbiyev (97. Oruc Məmmədov, 86), 20.Mert Çelik (18. Süleyman Əhmədov, 68), 11.Rüfət Abdullazadə (10. David Qomis, 77), 16. Emin Rüstəmov, 3. Dmitro Litvin, 7. Madi Queta, 5. Gitay Sofir (83. Nihad Quliyev, 86), 14.Suleyman Alluş.
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 25. Nicat Məmmədzadə, 22. Mirabdulla Abbasov, 19. Samir Abdullayev, 88.Hacıəli Şirəliyev, 99. İnnosent Nşuti.
Baş məşqçi: Cavid Hüseynov
Cavid Hüseynov (“Səbail” PFK-nın məşqçisi): “İlk hissədə daha yaxşı çıxış etdik. Qapımızda bir dəfə təhlükəli an yaşandı. Həm hücum, həm də müdafiə planında daha yaxşı idik. İkinci hissədə rəqibin irəli atılacağı məlum idi. Buna baxmayaraq, ikinci yarıda da yaxşı çıxış etdik. Bura qələbə qazanmaq üçün gəlmişdik, amma 1 xalla kifayətləndik. Nəticə qənaətbəxşdir. Oyunumuzda da inkişaf var. Bunun davamını gətirmək istəyirik”.