3 mart 2025. Saat 17:00. “ASCO Arena”, 150 tamaşaçı
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Akif Əmirəli
Dördüncü hakim: İnqilab Məmmədov
VAR: Rəşad Əhmədov
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Sarı vərəqələr: Marko Nikoliç, 84 (qeyri idman hərəkəti) // Vasiliye Bakiç, 37 (qeyri-idman hərəkəti); Vladislav Veremeyev, 49 (qeyri-idman hərəkəti)
Qollar: Vasiliye Bakiç, 42; Andrey Tirkoveanu, 64
Artırılan vaxt: I hissədə yoxdur; II hissədə 5 dəq
“Səbail”: 12. Əlirza Müştəbazadə, 96. İlkin Muradov, 74. Yusif Nəbiyev (k) (22. Mirabdulla Abbasov, 84), 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə (10. David Qomis, 57), 16. Emin Rüstəmov (4. Marko Nikoliç, 70), 97. Oruc Məmmədov (99. İnnosent Nşuti, 57), 3. Dmitro Litvin, 7. Madi Queta, 5. Gitay Sofir (83. Nihad Quliyev, 70), 14. Suleyman Alluş.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 25. Nicat Məmmədzadə, 77. Fərid Nəbiyev, 20. Mert Çelik, 19. Samir Abdullayev, 88. Hacıəli Şirəliyev, 44. Amir Bilali.
Baş məşqçi: Cavid Hüseynov
“Şamaxı”: 1. Rikardo Fernandes, 17. Rafael Məhərrəmli (k) (5. Arsen Ağcabəyov, 89), 6. Rauf Rüstəmli (18. Cəlal Hüseynov, 71), 82. Rüfət Abbasov (19. Fəxri Məmmədli, 89), 24. Edqar Adilxanov (14. Vüsal Məsimov, 80), 12. Maykl Tuik, 32. Vasiliye Radenoviç, 93. Brahim Konate, 30. Andrey Tirkoveanu (33. Alfons Msanqa, 89), 3. Vladislav Veremeyev, 66. Vasiliye Bakiç .
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 23. Murad Vəliyev.
Baş məşqçi: Ayxan Abbasov
Cavid Hüseynov (“Səbail” PFK-nın məşqçisi): "Bizim üçün çox vacib oyun idi. Premyer Liqada qalmaq uğrunda mübarizə gedir. İlk hissədə 25 dəqiqə yaxşı futbol oynadıq və hücumar təşkil etdik. Sadəcə ani diqqətsizlikdən qapımızda qol gördük. İkinci hissədə oyuna nəzarəti itirdik, rəqib bizi bütün komponentlərdə üstələdi. Bu oyundan dərs çıxarmalı, yolumuza davam etməliyik. Qarşıda çox tur var. Çalışacağıq ki, bu yerdən çıxaq. Vəziyyətimizi düzəltmək istəyirik".