16 mart 2025. Saat 16:00. “ASCO Arena”, 600 tamaşaçı
Baş hakim: Elçin Məsiyev
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov
Dördüncü hakim: Elvin Bayramov
VAR: Rauf Allahverdiyev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Sarı vərəqələr: Rüfət Abdullazadə, 38 (qeyri-idman hərəkəti); İlkin Muradov, 68 (qeyriidman hərəkəti)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Cavid Hüseynov, 90 (hakimin qərarına etiraz)
Qollar: Rüfət Abdullazadə, 44 // Filip Ozobiç, 17; Elvin Camalov, 29
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 5 dəq.
“Səbail”: 12. Əlirza Müştəbazadə 22. Mirabdulla Abbasov (99. İnnosent Nşuti, 57) 96. İlkin Muradov (83. Nihad Quliyev, 70) 77. Fərid Nəbiyev (97. Oruc Məmmədov, 80) 18. Süleyman Əhmədov (16. Emin Rüstəmov, 80) 20. Mert Çelik 11. Rüfət Abdullazadə (k) 10. David Qomis (7. Madi Queta, 57) 3. Dmitro Litvin 4. Marko Nikoliç 5. Gitay Sofir
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 25. Nicat Məmmədzadə, 74. Yusif Nəbiyev, 19. Samir Abdullayev, 88. Hacıəli Şirəliyev, 44. Amir Bilali
Baş məşqçi: Cavid Hüseynov
“Neftçi”: 93. Rza Cəfərov (k), 10. Filip Ozobiç (47. Murad Məmmədov, 57), 19. Azər Salahlı, 4. Elvin Camalov, 91. Ağadadaş Salyanski (9. Bassala Sambu, 72), 14. Edvin Kuç, 99. Ervin Koffi, 44. Yuri Matias, 24. Mustafa Sek, 18. Ryonosuke Ohori (20. Alfa Konte, 85), 11. Aleks Fernandes (13. Emil Səfərov, 46).
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rustam Samigullin, 17. Rəhman Hacıyev, 90. Ramil Şeydayev, 6. Rafael Quzzo, 22. Dembo Darboe, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Samir Abasov
Misli Premyer Liqasında 27-ci turun oyunları keçirilib. "Səbail" doğma meydanda "Neftçi" ilə qarşılaşıb. Oyunda hesab 17-ci dəqiqədə açılıb. Filip Ozobiçin qolu ilə qonaqlar önə keçib. 29-cu dəqiqədə hesab arasındakı fərq 2 topa yüksəlib. Rəqibin heyətində Elvin Camalov fərqlənməyi bacarıb. İlk hissənin sonlarına yaxın komandamız üstünlüyü ələ alıb. "Səbail" 44-cü dəqiqədə vurulan qollardan birinin əvəzini çıxıb. Komandamızın qoluna Rüfət Abdullazadə imza atıb. İkinci hissəyə yaxşı başlayan tərəf "Səbail olub. Cavid Hüseynovun yetirmələri qarşılaşma ərzində bir neçə dəfə hesabı bərabərləşdirməyə yaxın olsa da, cəhdlər nəticəsiz qalıb və görüş "Neftçi"nin qələbəsi ilə başa çatıb.
Cavid Hüseynov (“Səbail” PFK-nın məşqçisi): "Bu oyun bizim üçün çox vacib idi. Çünki rəqiblərimiz xallar qazanır, biz isə son 2 turda uduzmuşduq. Bunu başa düşürdük. Həftəboyu "Neftçi"yə qarşı yaxşı hazırlaşmışdıq. Onların təhlükəli mövqelərini, hansı mövqedən bizə qol vura biləcəklərini uşaqlara başa salmışdıq. Amma təəssüf ki, eyni, mənim istəmədiyim səhvləri etmək üçün komanda əlindən gələni etdi və rəqib bizə qol vurdu. İki qol buraxdıq, hələ daha 1-2 qol da buraxa bilərdik. Uşaqlardan soruşdum ki, bunu demişdim? Hər şeyi əksinə etdilər. Sonradan oyunu toparlamağa çalışdıq. Sistemdə də dəyişiklik etdik. İkinci qolu vura bilmədik, uduzduq, məyusuq".