3 may 2025. Saat 17:00. Şamaxı şəhər stadionu, 1700 tamaşaçı
Baş hakim: Elçin Məsiyev
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov
Dördüncü hakim: Kamranbəy Rəhimov
VAR: İnqilab Məmmədov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Seymur Səlimli
Sarı vərəqələr: Andrey Tirkoveanu, 13 (qeyri-idman hərəkəti); Vladislav Veremeyev, 22 (qeyri-idman hərəkəti); Edqar Adilxanov, 29 (qeyri-idman hərəkəti)
Qollar: Alfons Msanqa, 33 // Rüfət Abdullazadə, 67 (p.)
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 6 dəq.
“Şamaxı”: 1. Rikardo Fernandes, 5. Arsen Ağcabəyov, 18. Cəlal Hüseynov, 6. Rauf Rüstəmli, 82. Rüfət Abbasov, 24. Edqar Adilxanov (60. Səbayıl Bağırov, 89), 20. Leroy Mikels (k) (19. Fəxri Məmmədli, 81), 93. Brahim Konate, 30. Andrey Tirkoveanu (12. Maykl Tuik, 57), 3. Vladislav Veremeyev, 33. Alfons Msanqa (23. Murad Vəliyev, 81) .
Ehtiyat oyunçular: 85. Kamal Bayramov , 62. Abdulla Seydəhmədov, 14. Vüsal Məsimov, 66. Vasiliye Bakiç.
Baş məşqçi: Ayxan Abbasov
“Səbail”: 12. Əlirza Müştəbazadə, 96. İlkin Muradov, 74. Yusif Nəbiyev (k), 20. Mert Çelik, 11. Rüfət Abdullazadə (5. Gitay Sofir, 73), 83. Nihad Quliyev, 97. Oruc Məmmədov (77. Fərid Nəbiyev, 73), 10. David Qomis (19. Samir Abdullayev, 86), 99. İnnosent Nşuti (22. Mirabdulla Abbasov, 73), 4. Marko Nikoliç (7. Madi Queta, 59), 14. Suleyman Alluş.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 25. Nicat Məmmədzadə, 18. Süleyman Əhmədov, 16. Emin Rüstəmov, 89. Ömər Qurbanov, 44. Amir Bilali.
Məşqçi: Elvin Məmmədov
Misli Premyer Liqasında 33-cü turun oyunları keçirilib. "Səbail" səfərdə "Şamaxı" ilə qarşılaşıb. Oyunun ilk 20 dəqiqəsi qarşılıqlı hücumlar şəraitində keçib. Komandamız bu müddətdə bir neçə dəfə hesabı açmağa yaxın olsa da, cəhdlər nəticəsiz qalıb. 33-ci dəqiqədə rəqib Alfons Masanqanın qolu ilə önə keçib. İlk hissədə başqa qol olmayıb. İkinci hissəyə yaxşı başlayan tərəf komandamız olub. Şamaxı təmsilçisi üzərində təzyiqi artıran Elvin Məmmədovun yetirmələri 67-ci dəqiqədə məqsədinə çatıb. Rəqibin cərimə meydançasl daxilində əllə oynamasına görə komandamız penalti qazanıb. Rüfət Abdullazadı zərbəni dəqiq yerinə yetirərək hesabı bərabərləşib. "Səbail" matçın sonlarına doğru təzyiqi daha da artırıb. Komandamız bir neçə dəfə qələbəyə yaxın olsa da, epizodlar qolla tamamlanmayıb və görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Elvin Məmmədov (“Səbail” PFK-nın məşqçisi): " Bizi ağır oyun gözlədiyini bilirdik. Şamaxı hər komanda üçün çətin səfərdir. Ayxan Abbasovun həmişə döyüşkən komandası olur. Birinci hissədə oyuna tam köklənə bilmədik. Amma ikinci yarıda yaxşı mübarizə aparıb qol vurduq. Qollar da vura bilərdik. Qarşıdakı 3 oyuna hazırlaşacağıq".