10 may 2025. Saat 17:00. “ASCO Arena”, 700 tamaşaçı
Baş hakim: Tural Qurbanov
Baş hakimin köməkçiləri: Asiman Əzizli, Kərim Zeynalov
Dördüncü hakim: Elvin Bayramov
VAR: Kamal Umudlu
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Azər Əsgərov
Sarı vərəqələr: Mert Çelik, 8 (qeyri-idman hərəkəti); David Qomis, 33 (hakimin qərarına etiraz) // Eldar Quliyev, 33(qeyri-idman hərəkəti); Ceyhun Nuriyev, 72 (qeyri-idman hərəkəti) Qol: Davit Volkov, 90+1 Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 5 dəq.
“Səbail”: 12. Əlirza Müştəbazadə, 22. Mirabdulla Abbasov (77. Fərid Nəbiyev, 60), 96. İlkin Muradov, 20. Mert Çelik, 11. Rüfət Abdullazadə, 83. Nihad Quliyev (5. Gitay Sofir, 67), 16. Emin Rüstəmov, 10. David Qomis (k) (67. Rəvan Abasov, 83), 3. Dmitro Litvin, 7. Madi Queta (18. Süleyman Əhmədov, 83), 14. Suleyman Alluş.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 25. Nicat Məmmədzadə 74. Yusif Nəbiyev 88. Hacıəli Şirəliyev 44. Amir Bilali 99. İnnosent Nşuti 4. Marko Nikoliç
Baş məşqçi: Əbdülqəni Nurməmmədov
“Zirə”: 41. Anar Nəzirov (k), 7. Məqsəd İsayev, 14. Elçin Əlicanov, 11. Rüstəm Əhmədzadə (18. Martins Junior, 68), 5. Stefan Aka (70. İssa Cibrila, 79), 90. Davit Volkov, 10.Giorgi Papunaşvili (48. Ramiz Muradov, 90+2), 30. Rikardo Martins (29. Ceyhun Nuriyev, 68), 3. Ange Mutsinzi, 6. Eldar Quliyev (17. Ayron Qomis, 68), 19. Salifu Sumaə
Ehtiyat oyunçular: 13. Aydın Bayramov 99. Səlim Həşimov 53. Şahmar Aşurov 91. Murad Ələkbərov 43. Əhliman Süleymanzadə 4. Ruan Renato
Baş məşqçi: Rəşad Sadıqov
Misli Premyer Liqasında 34-cü turun oyunları keçirilib. "Səbail" doğma meydanda turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan "Zirə" ilə qarşılaşıb. Oyunun birinci hissəsi komandamızın üstünlüyü keçib. Elvin Məmmədovun yetirmələri bu müddətdə bir neçə dəfə hesabı açmağa yaxın olsa da, cəhdlər nəticəsiz qalıb. Tərəflər fasiləyə 0:0 hesablı bərabərliklə yollanıblar. İkinci hissəyə də "Səbail" yaxşı başlayan tərəf olsa da, epizodlar qolla nəticələnməyib. Matçın sonlarında "Zirə" təzyiqi artırıb. "Qartallar" 90+1-ci dəqiqədə Davit Volkovun qolu ilə qələbəyə seviniblər. Bu məğlubiyyətlə də komandamızın Premyer Liqanı tərk edəcəyi müəyyənləşib.
Elvin Məmmədov (“Səbail” PFK-nın məşqçisi): "Bilirdik ki, bizi ağır oyun gözləyir. Allah bizə şans vermişdi, yararlanmaq istəyirdik. Amma alınmadı. Yaxşı mübarizə apardıq. Futbolçulara təşəkkür edirəm. İdman xoşbəxtliyi bizdən yan keçdi".